Dəb
42 yaşlı stüardessanın milyonluq qarderobu - FOTO/VİDEO
42 yaşlı Ceymi Çu dünyada ən böyük çanta kolleksiyasının sahibi kimi tanınır.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, sinqapurlu qadının kolleksiyasının əsas hissəsini 200 “Hermes Birkin” çantaları təşkil edir. Ceymi çanta kolleksiyasının videosunu "youtube" kanalında yerləşdirib. Bu qarderobda iki yüz çantadan başqa, yüzlərlə ayaqqabı cütü, günəş eynəkləri və digər aksessuarlar saxlanılır.
42 yaşlı Çu instaqramda da çox məşhurdur, orada onun 351 min abunəçisi var. Qeyd edək ki, keçmişdə o, “Singapore Airlines” hava yolları aviaşirkətində stüardessa işləyib. Uçuşların birində İndoneziya əsilli multimilyaner Nurdian Kuka ilə tanış olub və evlənib. Lakin keçmiş stüardessa ilə milyarderin nikahı uzun sürməyib, cütlük 2011-ci ildə boşanıb.
Ceyminin iki uşağı var: 17 yaşlı qızı Kalista və 21 yaşlı oğlu Klivlend. Qadın deyib ki, maddi vəziyyətinin yaxşı olmasına baxmayaraq, uşaqlarını ərköyün böyütməyib.
“Uşaqlarımın valideynlərindən həddindən artıq asılı olmasını istəmirəm”, - deyən Ceymi buna baxmayaraq yenə də öz övladlarına bahalı hədiyyələr edir. Oğluna 270000 dollar dəyərində olan “Range Rover” avtomobili, qızına isə 6000 dollar dəyərində “Chanel” çantası bağışlayıb.
Xarici mətbuatın hesablamalarına görə, Ceymi 1 ayda yalnız kosmetoloji prosedurlarına 14000 dollar xərcləyir. Buraya həftəlik masaj, müalicə saç düzümü və başqa xidmətlər daxildir. Onun əsas gəliri şəxsi “Luminous1 by Jamie Chua” kosmetika xəttindən gəlir.
Aytən
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi








































.jpg)
