Türkiyənin dəbli geyinən xarizmatik siyasətçiləri - FOTOLAR
Bizi izləyin

Dəb

Türkiyənin dəbli geyinən xarizmatik siyasətçiləri - FOTOLAR

Yüksək moda və böyük siyasət qəribə bir vəhdətdir. Amma tarixdə siyasətçilərin moda proseslərinə fəal təsiri barədə yüzlərlə misal tapmaq olar.

Publika.az bu dəfə oxucuları Türkiyə siyasətinin ən dəbli liderləri ilə tanış edib. Tutduqları mövqe, statusları, nüfuzu və vəzifəsindən dolayı siyasi xadimlər bir qayda olaraq klassik geyim tərzini seçir. Amma illərdir qəliblənmiş siyasətçi obrazından kənara çıxmağa cəsarət edənlər də az deyil.

Mustafa Kamal Atatürk

Atatürkün geyim seçimi sərt xarakterindən çox da fərqlənmirdi. Modern, yenilikçi, cəsur və xarizmatik tərzi onu təkcə Türkiyədə deyil, dünya miqyasında ən yaxşı geyinən siyasətçilərin siyahısına yazıb. Qara və ağ rənglərin vəhdəti, pencəyin altından geydiyi jiletlər, pencəyin cibindəki dəsmallar, laklı ayaqqabıları və ya uzun çəkmələri, modelyon saatları və nəhayət papaqları hələ də şıqlıq rəmzi olaraq qalıb.

İsmət İnönü

Cümhuriyyətin ilk illərindəki dəbdəbəni İsmət İnönünün stilində də görə bilirik. Türkiyə prezidenti Atatürk kimi əsasən klassik üslubu ilə yaddaşlarda qalıb.

Mevhibe İnönü

Türkiyə Cümhuriyyətinin ilk baş naziri İsmət İnönünün xanımı Mevhibe İnönü sadə və zərif stili ilə o dövrün qadınlarının ilham mənbəyi olub. Mevhibe xanımın qarderobunda klassik və zərif paltarlarla yanaşı, kişi geyimləri də xüsusi yer tutub. Məsələn, İsmət İnönü ilə Çankayada atcılıq fermasında çəkilmiş bu foto sübut edir ki, siyasətçinin xanımı maskulen (kişisayağı geyim tərzi) tərzin öhdəsindən əla gələrək unudulmaz obraz yaradıb.

Adnan Menderes

Adnan Meanderesdə kişi şıqlığının bir çox ünsürlərini öz üslubunda əks etdirən liderlərdəndir. Seçki səfərlərində əsasən istifadə etdiyi günəş eynəklərini o dövr üçün qeyri-adi sayılan aksessuar adlandırmaq olar. Ümumiyyətlə eynəklər onun stilinin dəyişməz atributu olub.

Süleyman Dəmirəl

Dövlət liderinə xas klassik geyimlər seçən Dəmirəlin əlindən heç vaxt düşməyən fetr şlyapaları onun individuallığını ifadə edir.

Bülənd Ecevit

Bülənd Ecevit sadəliyi və təvazökarlığı ilə tanınan liderlərdəndir. Mavi köynək və furajka isə Ecevit sayəsində siyasətdə rəsmiliyin simvoluna çevrildi və kişilər arasında da dəbə mindi. Dövlət rəsmisinin mavi rəngi seçməsi təsadüfi deyil. Bu, mavinin göy üzünü, səmanın azadlığı, azadlığın isə sülhü təmsil edən göyərçin rəmzi olması ilə izah edilir.

Turqut Özal

Turqut bəy türk siyasətinin bütün tabularını dağıdan və yerinə tamamilə yeni qaydalar yazdıran ən modern liderlərdəndir. Klassikləşmiş və qəliblənmiş bir çox ənənəni dağıtdığı kimi o, mühafizəkarlığı sevmədiyini geyim tərzində də göstərməyə çalışırdı. Turqut Özal həmkarlarından fərlqi olaraq idman üslubunun pərəstişkarı idi.

Tansu Çillər

Türkiyənin ilk qadın baş naziri Tansu Çillər qarderobunu yeknəsəklikdən, monotonluqdan xilas etməyin yeganə yolunu saç düzümündə görürdü. Təsadüfi deyil ki, siyasətçi xanımın kare saç düzümü, kəkilləri xatirələrdən hələ də silinməyib. Tansu xanım həm də bəyaz vurğunu idi.

Nəcməddin Erbakan

Kübarlığı ilə dövlət rəsmiləri arasında xüsusi fərqlənən Nəcməddin Erbakan rəngbərəng printli qalstukları sayəsində unikal və təkrarolunmaz siyasətçi obrazı yaratmışdı.

Kamal Kılıçdaroğlu

Kamal Kılıçdaroğlu klassika tərəfdarı olsa da, hərdən bir protokol qaydalarından kənara çıxır. Məsələn, mitinqlərindəki çıxışlarında Ecevit furajkası taxması hər kəsdə təəccüb və böyük bir sual işarəsi doğurmuşdu.

Rəcəb Tayyib Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğanın dama-dama naxışlı pencəkləri, xüsusən də göy köynəklərə üstünlük verdiyini bilməyən yoxdur. Stilistlərin ortaq qənaətinə görə, damalı pencək və köynək xalqa "Mən də sizdən biriyəm” mesajını verir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm