“Dikdaban geyinəndə sevgilin balaca görünürsə...”
Bizi izləyin

Dəb

“Dikdaban geyinəndə sevgilin balaca görünürsə...”

Qarderobda bir əşya çox şey barədə düşünməyə vadar edir.

Publika.az məşhurların ayaqqabı barədə dediyi sitatları təqdim edir.

"Qadına düzgün ayaqqabı verin, o, bu ayaqqabılarda dünyanı fəth edə bilər". Merilin Monro

"Sözsüz ki, krosovkalar inanılmaz dərəcədə rahatdır, ancaq hündürdabanlar istənilən obrazı zərif etməyə qadirdir". Viktoria Bekhem

"Siz hündürdaban ayaqqabılar olmadan yüksək cəmiyyətə daxil olmaq fikrindəsiniz?" Sonya Rikel

"Hündürdaban ayaqqabı geyinməyəndə fikrimi cəmləyə bilmirəm". Viktoriya Bekhem

“Dikdaban ayaqqabılar qadını paltarda belə çılpaq göstərə bilmək gücünə malikdir”. Kristian Labuten

“Əgər dikdaban geyinəndə sevgilin boyca səndən balaca görünürsə, Sevgilini başqası ilə əvəz et. Dikdabanlardan imtina etməyəcəksən ki?!”

“Qadınlar, adətən, öz ayaqqabılarına çox diqqət ayıra bilmir, hətta onların ümumi yekun görünüşdə heç bir payı olmadığını düşünürlər. Lakin unutmaq lazım deyil ki, ayaqqabılar qadının mötəbərliyini, sanballığını vurğulayan əsas detaldır”.

"Hündürdaban ayaqqabıları qadın icad edib, çünki onu həmişə alnından öpürdülər". Kristofer Morli

"Əgər qarderobdakı bir cüt qara stilettolar səni gülümsəməyə məcbur edirsə, onlar sənin ödədiyin puldan çox baha başa gəlir". Xolli Qolaytli

"Ərsiz qadının həyatda təkbaşına yürüməsi asan olmur, odur ki, tufli seçiminə çox ehtiyatla yanaşmaq lazımdır. Axı onlar bu çətin yolu bəzəməyə kömək edir". Kerri Bredşou

"Arzularının ayaqqabılarında yerimək başqa arzularını da reallaşdırmağa yaxınlaşmaq deməkdir". Roje Vive

"İnsanlar özü-özünə problem yaradır, onları heç kim darıxdırıcı peşə seçməyə, səhv insanlarla evlənməyə və ya narahat ayaqqabı almağa məcbur etmir”. Faina Ranevskaya

"Əgər saçlarınız səliqə ilə daranıbsa və ayaqqabılarınız gözəldirsə, onda siz istənilən mərasimə gedə bilərsiniz". Ayris Apfel

“Ayaqqabılar hündür və ya platforma olmalıdır ki, qadın gözəlliyi kürsüyə qoyulsun". Vivyen Vestvud

"Orta təbəqəli qadın bir ildə yeddi dəfə aşiq olur. Onların altısı ayaqqabısıdır". Kennet Koul

"Ayaqqabılarıma baxıb "İlahi! Onlar necə rahat görünür!" deyən insanlara nifrət edirəm”. Kristian Labuten

"Dikdaban ayaqqabıları kimin ixtira etdiyini bilirəm, bütün qadınlar ona bu ixtirasına görə borcludur". Merilin Monro

"Bir cüt bahalı ayaqqabı almaq, üç cüt pis ayaqqabı almaqdan daha yaxşıdır". Marlen Ditrix

"Hündürlükdən qorxmuram, siz mənim ayaqqabılarımı gördünüz?" Kerri Bredşou

"Qadınlar "dikdabanlar" və "baletkalar"-a bölünür. Ayaqqabı tibaxımından deyil, həyata və özünə münasibət baxımdan... Mark Ceykobs

"Bir tufli ilə həyatın dəyişə bilər". Zoluşka

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm