Dəb
Yəhudi zərgərlərin qeyri-adi bəzək əşyaları - FOTOLAR
Qiymətli metal və daşlarla işləmək ənənəvi yəhudi sənətlərindən biridir. Əgər əvvəllər zərgərlər və ustalar əsasən kişilər idisə, indi qadınlar da zinət əşyalarının hazırlanması ilə məşğul olur.
Publika.az xəbər verir ki, artıq qadınlar da Beçalel və Şenkar kimi məşhur rəsm və dizayn məktəblərinin məzunu olub, qrafik dizayner sənətinə yiyələnirlər. Onlardan bəziləri ənənəvi texnikalarla işləyir, qazıntılar zamanı tapılmış qədim bəzək xatırladan zinət əşyalarının düzəlməsi ilə məşğul olurlar. Digərləri isə sanki fantastik filmin çəkilişləri üçün futuristik üzük və boyunbağılar yaradır. Bu yazıda İsrailin bir neçə müasir qızıl-zinət əşyaları, bijuteriya və zərgərlik markasının sahiblərindən danışmışıq.
Şaron Vayzer Şenkar özünü dərk edəndən bütün həyatı boyu bu sənət ilə məşğuldur. Hətta İsrail ordusunda hərbi xidmət zamanı ordu üçün geyim hazırlayan dizaynerlərə master-klass keçib. O, əsasən kristal daşlar və plastik materialla işləyir.
Yael Çarfati və Tal Solomon hələ Şenkar kollecində zərgərlik işi və heykəltəraşlıq fakültəsində təhsil aldıqları zaman xüsusi brendlərini fikirləşiblər. Firmanın əsas fəlsəfəsi qızıldan və ya gümüşdən realist mikro heykəltəraşlıq nümunələri yaratmaqdır.
Sara Şakax zərgərliyə muzeydən gəlib. O, Tel-Əviv universitetinin tarix və ədəbiyyat fakültəsini bitirib, daha sonra Aşdod muzeyində kurator işləyib, sonra isə ixtisasını dəyişdirib heykəltəraşlıq və zərgərlik kurslarına yazılmağa qərar verib. Qiymətli metallardan, tor və rəngli daşlardan həcmli konstruksiyalar yaradır.
Əslən yəhudi olan İris Qay Sofer Beçalel incəsənət və dizayn akademiyasını bitirib, hazırda ABŞ-da yaşayır və işləyir. Onun işləri minimalist tərzin pərəstişkarları üçün nəzərdə tutulub.
Beçalel incəsənət və dizayn akademiyasının daha bir yetirməsi - Yasmin Vinoqrad İsrail sənətkarları üçün səciyyəvi olan kobudtəhər üslubda bəzək əşyalarının hazırlanması ilə məşğul olur.
Təl-Əviv universitetinin məzunu Massalxa Xanan ixtisasca memardır. O, müasir texnologiyalardan, xüsusilə kompüter qrafikası və lazer kəsimindən istifadə edərək zərif bəzək əşyaları yaradır.
Zərgər Tatyana Çernov öz işlərində İsrail zərgərlik sənətinin əsas xüsusiyyətlərini qoruyub saxlayır. O, üzük, bilərzik və ya boyunbağıları qədim əşyalardan ruhlanaraq etnik motivdə düzəltməyə üstünlük verir.
Rotin Koenin ilham mənbəyi isə təbiətdir.
Zərgər Çur Alonun zərgərlik emalatxanasında Təl-Əvivdə yerləşir. Orada o, antik sənətkarların məmulatlarını xatırladan bəzək əşyaları yaradır.
Boyunbağıda hər bir muncuğun zərif konstruksiyasının sanki 3D texnologiyalarının tətbiqi ilə yaradıldığı görünür. Əslində, Sara Şaxak nəinki müasir metodlardan, həm də qədim zərgərlik texnikalarından istifadə edir.
Rəssam və zərgəri Miri Admonin işləri qiymətli daşlarla deyil, mücərrəd, xırda və rəngli şüşələrdən hazırlanır. Bundan başqa, zərgər kompüter qrafikası ilə məşğul olur.
Zərgər və rəssam Qriqori Larin kiçik, mücərrəd heykəllərə bənzəyən orijinal bəzək əşyaları yaradır.
Aytən
-
Sosial00:30
Məhəmmədəlinin anasından VİDA VİDEOSU
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Elə hadisələr baş verəcək ki...
-
MDB26 Dekabr 21:48
Qazaxıstanda Xəzərə çələnglər buraxıldı - FOTO
-
Hadisə26 Dekabr 21:24
Həlak olanların nəşi Aktaudan Vətənə gətirildi
-
MDB26 Dekabr 20:36
Aİİ sammitində Lukaşenko və Paşinyan arasında CİDDİ MÜBAHİSƏ - VİDEO
-
İdman26 Dekabr 20:24
Bir döyüşə görə 100 milyon qazanıb: 100 dollarlıq saxta saat taxır - VİDEO
-
Sosial26 Dekabr 19:20
Ramiz Tatarov azadlığa çıxdı
-
İdman26 Dekabr 18:12
Təyyarə qəzasında vəfat edən 13 yaşlı Məhəmmədəli futbolçu imiş