Dəb
2017-ci ildə dəbdə olacaq rənglər artıq müəyyənləşib - FOTOLAR
Yay lap tezliklə yerini qızıl payıza verəcək. Aydın məsələdir ki, şən yay ovqatının yerini kədərli payız havası tutacaq. Yeni mövsümdə ancaq təbiət dəyişmir, obrazlar, trendlər, rənglər və bütün qarderob da dəyişməyə hazırlaşır. Sözsüz ki, yüngül yay geyimlərini qalın və yun paltarlarla əvəz edəcəyik. Lakin bu payızın rəng palitrası həqiqətən möhtəşəm olacağını vəd edir.
Publika.az xəbər verir ki, "Pantone" rəng təşkilatı payızda aktual olacaq rənglərin reytinqini hazırlayıb.
Dərin, zəngin və çoxşaxəli rənglər milyonlarla modapərəstin qəlbini fəth edəcək!
1. Qırmızı şəfəq

Qırmızı rəngi biz Nyu-York moda həftəsi zamanı daha çox müşahidə etdik. Bu da bizə onu deməyə əsas verir ki, digər moda paytaxtlarının küçələrində də bu rənglə tez-tez qarşılayacağıq. Şübhə etmirik ki, gözəl, məğrur, eyni zamanda mülayim və cazibədar qırmızı bütün modapərəstlərin qarderobuna yol tapacaq.
2. Səmimi boz-qəhvəyi

Boz-qəhvəyi kakao dadını xatırladan çox rahat və gözəl rəngdir. Gələn mövsüm əsl modapərəstlər özünə mütləq bu rəngdə palto almalıdır. Ondan başqa açıq çəhrayı, konyak və şampan çalarları da aktualdır.
3. Təzə çəmənlik

Payızda adətən qızılı, sarı, narıncı və qırmızı hakimlik edir. Ancaq bu qədər atəş çalarları ətrafında olanda yaşıllıq üçün darıxmağa başlayırsan. Narahat olmağa dəyməz, dizaynerlər bizi nəzərə alıb. Məsələn, bir çox kolleksiyada yer alan zümrüd parıltısı cazibənizi ideal vurğulayacaq.
4. Tozlu sidr

Belə qəliz adlı rəng çəhrayının onlarla çalarlarından sadəcə biridir. Bir az yumşaq və təmkinlidi, amma qətiyyən darıxdırıcı deyil. İşgüzar kostyum və ya palto üçün əla variantdır.
5. Dulusçu gili

Bu rəng çox ənənəvidir və adətən qışda dəbə minir. Dizaynerlərin bu rəngi unutmamasına ancaq sevinmək olar. Odur ki, dulusçu gilini xatırladan çanta, palto və zamşa aksessuarlar almağa tələsin. Bundan əlavə, xardal və narıncı trend olaraq qalır.
6. Bihuşedici bənövşəyi

Lavanda, yasəmən və ya bənövşə çölləri... Bu assosiasiyanı payızın ən valehedici çalarları yaradır. Bəli, bənövşəyi rəng bu qış hər kəsi bihuş edəcək. Bu rəng don, palto və ya çantada dünyanı bəzəməyi öhdəsinə götürən füsunkar pərilər kimi görünəcəksiniz.
7. Ədviyyatlı xardal

Ədviyyat və sitrus meyvələrini xatırladan bu rəng payız aylarında ruhumuzu dincəldəcək. İlin ən tutqun, palçıqlı, qüssəli vaxtında solğun görünməmək üçün bu rəngdə sadəcə çanta və ya plato seçmək kifayətdir. Və bir də evinizi bu çalarda hər hansı predmet və ya dekorla bəzəməyi tövsiyə edirik.
8. Akula (köpək balığı) dərisi

Bu payız sizə bozun 50 çaları lazım olmayacaq, sadəcə biri bəs edir. Ondan soyuq küləklər əsir... Ax dəmir ledilər də ilin xəzan fəslində özünü rahat və inamlı hiss etməlidir.
9. Çay sahili

Payız təkcə yarpaqların yanğını deyil, həm də tutqun və yağmurlu fəsildir. Boza çalan tünd göy podiumları və bizim qəlbimizi fəth edib. Ümid edirik ki, siz də onda xüsusi bir şey tapacaq və onun layiqli nümunəsini öz qarderobunuza daxil edəcəksiniz.
10. Mavi səma

Elə bir adam tapılmaz ki, payızda yağışlar və tutqun buludların arxasında gizlənmiş mavi səmanın həsrətini çəkməsin. Ürəyinizi sıxmayın, dizaynerlər buna da çarə tapıb. Belə ki, bu həsrətə mavi bluz və ya palto ilə son qoya bilərsiniz.
Aytən
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?










.jpg)



.jpg)











.jpg)









