Dəb
Dəb proqnozu: Pis hava olmur, pis paltar olur! - FOTOLAR
Payız gəldi, uçdu getdi quşlar
Sən də getdin, bax, yağdı yağışlar…
Bəli, günəşli, xoş əhval-ruhiyyəli yay günləri artıq geridə qaldı. Onun yerini tutqun, yağışlı və küləkli payız havası əvəz etməyə hazırlaşır. Lakin bu, sizin kefinizə soğan doğramasın. Birincisi, pis hava olmur, pis paltar olur. Hər halda gözəl geyinmiş qadınların Bakı payızının darıxdırıcı fonunu tamamilə pozmaq kimi ali qüdrətə malik olduğunu inkar edə bilmərik. Həm də necə deyərlər, təki qəlblər soyuq olmasın. İkincisi isə geyim seçiminə görə narahat olmağa dəyməz.
Publika.az-ın dəb bölməsi modapərəstləri 2016-2017-ci ilin payız-qış mövsümünün əsas dəb tendensiyaları ilə tanış etməyi öz öhdəsinə götürüb.
Dəb həftələri bizə moda evlərinin yeni kolleksiyalarını müşahidə etməyə və mövsümün yenilikləri ilə tanış olmağa imkan verir. Hər mövsüm dizaynerlər yeni-yeni trendlər təklif edir. Hər nəsil köhnə dəbə gülərək ciddi-cəhdlə yeni dəb tendensiyalarına əməl edir. Lakin qeyd etmək lazımdır ki, ötən ilin dəb tendensiyaları ilə bu ilin trendləri arasında ciddi fərq yoxdur. Odur ki, qarderobda radikal dəyişiklik etməyə ehtiyac qalmayacaq.
Tədbirli dizaynerlər ilin soyuq dövrü üçün hazırladıqları sürprizlərini təqdim etməyə start verib. Onlar hər bir xanımın zövqünü nəzərə alaraq kolleksiyalarında klassikadan, retrodan, hərbi və idmana qədər bir çox üslublara yer verib. Gəlin onları nəzərdən keçirək.
Məxmər
Alicənablıq, estetika və zinət sanki bu parçada toplanıb. Məxmər görən kimi ona toxunmaq və sığallamaq istəyirsən. Odur ki, özünüzü saxlamayın və bu payız məxmər şalvar, paltar və ya pencək əldə edin. Çünki dəb ekspertləri gələcək mövsümün əsas fakturasının məxmər olacağını vəd edir. Bu parça bədəni kök göstərmək kimi mənfi xüsusiyyətə malik olmasına baxmayaraq, indidən dünyanın bütün modapərəstlərinin əsas trendi olmağa hazırdır. Xüsusi ilə də zəngin çalarları üstünlük təşkil edir, onların arasında Ralf Lauren və ya Fillip Lim kimi dizaynerlərin sevdiyi tünd qırmızı və tünd qırmızı, qəhvəyi və göy, boz və zümrüd rəngləri yer alıb.
Bənövşəyi
Gündəlik həyat üçün kifayət qədər mürəkkəbdir tendensiyadır. Lakin bu parlaq və gümrah rəngi sınamağa dəyər. Ziyafət gecələri üçün bənövşəyinin daha tünd çalarlarını seçin.
Pərqu balış effekti
Belə kurtkalar qışda və payızda soyuq külək və yağışdan sizi qorumaq üçün ideal seçimdir. Ancaq bud ortalarınadək, bədənə kip yapışan duti kurtkalar barədə unutmaq lazımdır. Ən cəsarətli eksperimentlərə qərar verin.
Büzmələr
Sərt mövsümündə bu büzmələr romantik və xoş təsir bağışlayır. Həmçinin istənilən dar geyimlərə həcm və orijinallıq əlavə edir.
Zolaqlı kostyum
Kişinin geyiminin qadın qarderobuna daxil olması çoxdan adi hal alıb. Növbəti payız aylarında nazik zolaqlı kostyumlar trend olacaq.
Pastel çalarları
Zərif şaftalı və nanə yaşılının yerinə, soyuq çəhrayı və mavi rəng gəlir. Qarlar kraliçası stili yenidən dəbə minəcək.
Qranj (səliqəsiz, çirkli, dağınıq, heç bir qaydaya əməl olunmayan) üslubu
Bəzi dizaynerlər qəlibləşmiş üslubları darıxdırıcı hesab edir. Ona görə də dəbə qeyri-ənənəvi tərzləri gətirməyə çalışır. Onlar dəri kimi kobud materialı trikotaj, krujeva və digər zərif parçalar ilə birləşdirir.
Hərbiçi tərzi
Hərbiçi stilinə olan sevgi ildən-ilə daha da şiddətlənir. Sentyabr ayında istənilən uzunluqda hərbi üslubda palto aktual olacaq, amma ən yaxşısı uzun versiyasına sərmayə qoyun.
Parlaq çəhrayı
Yayın parlaq çəhrayısı payızın da əsas rəngi olmağa iddialıdır. Həm də dəstlər şəklində.
Boş paltarlar
Bu tendensiya artıq bir neçə ildir ki, top 10-luqdan çıxmaq niyyətində deyil. Bol sviter mövsümün favoritidir.
Hollivud dəbdəbəsi
Gələn mövsümün kokteyl və ziyafət libasları maksimum parıldamalıdır. Biserlər, zərli parçalar, bahalı kristallar və muncuq kimi detallar bu il daha çox gözə dəyəcək.
Dəbdə abstrakt incəsənət
Əgər sevgilinizin motosikleti varsa, onda siz rayonun ən dəbli qızı olacaqsınız. Belə ki, motosikletçi tərzi ruhunda hazırlanmış abstrakt geyimlər ilin trendlərinə daxil ola bilib.
Xırda printlər
Ötən mövsüm olduğu kimi bu il də dəbdəbəli interyer printləri dizaynerləri yenidən ruhlandırıb. Xalça və ya divar kağızını xatırladan naxışlar bütün paltarları bəzəyib.
Qara ilə qırmızının vəhdəti
Bu vəhdət 80-ci illərin füsunkar xanımlarını yada salır. Əmin ola bilərsiniz ki, belə bir dəst geyinsəniz, sizdən heç kəs gözünü çəkə bilməyəcək.
Damalı kostyum
Yeni mövsümdə klassik kostyum yeni həyat qazanır. Müasir biçimli eksperimentlər ilə dizaynerlər darıxdırıcı ofis uniformasını yenidən moda zirvəsinə qaytarıb.
Kostyum
Əgər ötən mövsüm bu trendə əməl edə bilməmisinizsə, dizaynerlər sizə daha bir şansı verib! Bu, artıq bir neçə mövsümdür ki, trend olaraq qalır. Qara, boz və ya parlaq olmasının fərqi yoxdur, istəniləni seçin!
Laklı plaşlar
Əgər laklı dəri əvvəllər zövqsüzlük və vulqarizm əlaməti sayılırdısa, indi biz belə geyimləri bütün dünya modapərəstlərinin əynində görə bilirik. Bu tərzi yalnız güclü xarakterə malik olan qızlar geyinə bilər. Yoxsa, siz cəsarət edərsiniz?
Şən xəz
Qarderobun ən bahalı əşyasına əsl modapərəstlərdən başqa heç bir qız yumor hissi ilə yanaşa bilməz. Gül və qrafik printləri bu il qış geyimlərini də idarə edəcək.
Mundir
Əgər sizdə hərbi üslubda yaşıl palto varsa, bununla belə üst payız geyim kolleksiyasını artırmaq istəyirsinizsə, onda mundirlərə diqqət yetirin. Xoş keçən payız havaları üçün ideal variantdır.
Zərxara
İntibah dövründə əyanların sevdiyi parça növü yenidən dəbə qayıdır. 2016-ci ilin payızında zərxara şalvarlar və kokteyl paltarlar aktual olacaq.
Bəbir
Heyvan təsvirləri payız və qış mövsümünün ənənəvi dəb tendensiyasıdır. Odur ki, bir dəfə alın və uzun illər istifadə edin. Bəbir naxışlarına istər palto, istər çəkmə, istərsə də geyimlərdə rast gələ bilərsiniz.
Böyük yaxalıq
Keçmiş dövrlərin daha bir tendensiyasını salamlayın. Amma çiyinləriniz enlidirsə, bu elementi istifadə etməyi məsləhət görmürük.
Qırçınlı ətəklər
Qırçın yubkalar və paltarlar aktual olaraq qalır. Ümid edirik ki, onu siz layiqincə qiymətləndirəcəksiniz.
Başdan ayağa qara
Hava soyuduqca qaranlıqlaşır, amma ondan qorxmağa dəyməz. Başdan ayağa qara bürünmək istənilən dövrlərdə klassika sayılıb.
Dəri
Müxtəlif rənglərdə dəri donlar da podiumlara hücum edib, deməli, onlar 2016-2017-ci ilin payız-qış mövsümünün növbəti tendensiyalarından biridir. Əziz xanımlar yadda saxlayın ki, dəri geyimlər hər zaman cəsarətli və cəlbedici görünür.
Gön dəri (dublyonka)
Onlar üst qış geyimlərinə ən gözəl alternativdir. Dublyonka həm rahatdır, həm gözəldır, həm də bədəni isti saxlaması baxımdan çox əlverişlidir. Dizaynerlər bu il onları kifayət qədər ciddi işgüzar obrazlarla, yüksək dabanlı və uzunboğaz çəkmələrlə uyğunlaşdırıb.
Manto
Manto və ponçolar uzaq orta əsrlərin dəbinə aid edilir. Bununla belə siz mağazalarda kifayət qədər qeyri-adi, cazibədar və müasir variantlarına rast gələ bilərsiniz. Mantolar qətiyyən darıxdırıcı görünmür, amma öz fərdiliyinizi daha da vurğulamaq istəyirsinizsə, parlaq rənglərini seçə bilərsiniz.
Qısa balaqlı, enli şalvarlar
Qarderobunuza müxtəlif materiallardan tikilən qısa balaqlı şalvarlar daxil edin. Və onu mütləq hündürdabanlı ayaqqabı ilə birləşdirib.
Bantlar
İncəliyi vurğulamaq üçün bantlı bluzlar əla vasitədir.
Xəz yaxalıq
Heyvan hüquqlarının müdafiəçilər belə aksessuar görəndə dərhal dəhşətlə hücuma keçəcək. Amma moda həvəskarları xəz yaxalıqları çox sevir və illərdir ki, ondan imtina edə bilmir. Süni və ya təbii xəz almaq isə sizin şəxsi seçimizinizdir.
P.S Yekun olaraq xatırladaq ki, dəbi dizaynerlər ildə dörd dəfə podiumda təmsil edir. Üslubu isə siz özünüz seçirsiniz. Odur ki, bütün siyahıya əməl etməyə məcbur deyilsiniz. Onlar arasında sizə ən yaxın olanları seçməklə də kifayətlənmək olar.
Aytən
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO