Dəb
Məşhur modelyer: "Biz də sizinlə birlikdə dəyişirik" - FOTOLAR
Nyu-York moda həftəsi çərçivəsində “Ralph Lauren” moda evinin yeni kolleksiyası nümayiş olunub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, klassik amerikan dəbinin nümayəndəsi Ralf Lorenin hər kolleksiyası dəb sənayesi üçün əsl hadisədir. Onun yeni dəb nümayişini isə yaz-yay kolleksiyası adlandırmaq səhv olardı. Belə ki, dizaynerin kolleksiyası yaz-yay mövsümü üçün deyil, sentyabr ayı üçün nəzərdə tutulub. Amerikanın məşhur moda evi dəb inqilabının yeni dalğasında “runway-to-retail” konsepsiyasını təqdim edib.
Dəfilədə Cessika Alba, Culiana Mur, Rozi Hantinqton-Uaytli və başqa ulduzlar qonaq olub. Dəfilədən sonra qonaqlara yeni kolleksiyanın məhsulları ilə yaxından tanış olmaq və almaq təklif edilib.
Ralf Loren inqilabi dəyişiklikləri haqqında bunları deyib: “Mən əvvəldən sizi düşünərək geyim yaratmışam. Siz öz həyat tərzinizi dəyişir və biz də sizinlə birlikdə sizin üçün dəyişirik”.
Aytən
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
