Dəb
Dəbdə “Keyt effekti” - FOTOLAR
Keyt Middleton Böyük Britaniyanın ən tərzli xanımı seçilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, London Moda Həftəsi ərəfəsində Rakuten Marketing marketinq agentliyi ən nüfuzlu britaniyalı ikonaların reytinqini tərtib edib. Səsverməyə qatılan qadınların çoxu onun tərzini təkrarlamağa çalışdıqlarını deyib.
Sosioloji sorğuların nəticələrinə görə, Böyük Britaniyanın ən nüfuzlu ikonalarının reytinqinə hersoginya başçılıq edib. Böyük Britaniya sakinlərinin təxminən 29% -i Kembric hersoginyasının demokratik brendlərə müraciət etməsini, o cümlədən bir libasını bir neçə dəfə geyinməsini dəstəklədiklərini bildirib. Dizaynerlər bunu "Keyt effekti" adlandırır.
“Seraphine” brendinin direktoru Sesil Renonun sözlərinə görə, hersoginya onun brendindən geyindiyi 49 avroluq donla ictimaiyyət qarşısına çıxdıqdan sonra eyni paltardan 20 000 ədəd satılıb.
Reytinqdə ikinci yeri müğənni Rita Оra, üçüncü pillədə "Harry Potter” ulduzu Emma Uotson olub. Müğənni Elli Qoldinq dördüncü mövqedə qərarlaşıb və bloqer Zoella reytinqdə sonuncu yeri tutub.
Aytən
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
