Dəb
Nyu-York moda həftəsinin ən çılğın kolleksiyası - FOTOLAR
Nyu-York Moda Həftəsi çərçivəsində dünən "Marc Jacobs" moda evinin yeni yaz-yay kolleksiyası nümayiş olunub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, amerikalı dizaynerin yeni kolleksiyası Nyu-York Moda Həftəsi marafonunun cədvəlində sonuncu nümayiş olub. Dizayneri kolleksiyanın hazırlanmasına Tokionun Xaradzyuka məhəlləsi və Şimali Florida, eləcə də Lana Vaçovski, Marilin Menson və Boy Cordun yaradıcılığından ilham alıb. Dəfilə məşhur modellər olmadan ötüşməyib. Podiuma İrina Şeyk, Adriana Lima, Kenall Jenner, Karli Kloss, Bella və Gigi Hadid bacıları kimi məşhur modellər çıxıb.
Bu mövsüm Mark Jakobs pərəstişkarları ekstravaqant geyimləri ilə təəccübləndirib. Rəngarəng naxışlar və 20 sm-lik platforma ayaqqabılar kolleksiyanın ən diqqət çəkən detalı olub. Dəb həvəskarlarının onu geyinib-geyinməyəcəyi isə sual altındadır. Hər halda yeni kolleksiya indidən sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Modellərin saç düzümünü vurğulamasaq olmaz. Gözəl qızların başını nəhəng və rəngarəng toppuzlar bəzəyib.
Dizayner pastel çalarlardan başlayaraq, rəng süjetini tədricən kamuflyaja və parlaq boyalara gətirib. Bütövlüklə kolleksiya mini siluetlərdən hazırlanıb. Mark kolleksiyaya fənər-qolları olan şəffaf önlük-geyimləri, psixodelik naxışlarla bəzədilmiş kiçik ətəkləri, parlaq uzun corabları olan şortları və olimpiykaları, metal rəngli plaşları, xəzli bomberləri daxil edib.
Aytən
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
