Dəb
London Moda Həftəsinin ən yaddaqalan dəb şousu - FOTOLAR
Dünən London Moda Həftəsinin ən yaddaqalan dəb şousu keçirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, “Burberry” Britaniya moda evinin mövsümlər arası kolleksiyası "Makers House" adlı firma kafesində nümayiş olunub.
Moda evinin kreativ dizayneri Kristofer Beyli yeni kolleksiyasının yaradılmasında Britaniya yazıçısı Virciniya Vulfun yaradıcılığından ilhamlanıb. İnterpretasiya haqqında şübhə yeri qoymamaq üçün hər bir oturacağa bir nüsxə roman qoyulub.
Müəllif sərgisində romanın qəhrəmanı - Elizabetin yaşadığı dövrün markerlərini müasir dövrün trendləri ilə sintez edib. Buna ziyafət geyimlərinə çevrilmiş uzun köynəkləri, hündür yaxalıqlı , bantlı, və uzun manjetlər bluzları, buduar krujevanı, pijama şalvarları, köynəkləri və pencəkləri, üstü brendin nişanları işlənmiş bomberləri, bu dəfə həcmli məxməri qollarla təchiz edilmiş bej plaşları, palto-xalatlar, aviatorlar və qusar mundirləri misal çəkmək olar.
Xatırlatdaq ki, dizayner Kristofer Beyli də Tom Ford kimi ənənəvi nümayişlər keçirməkdən imtina edib və kolleksiyalarını yalnız ildə iki dəfə nümayiş etdirməyə qərar verib. Bundan başqa, dizayner kişi və qadın kolleksiyalarını birləşdirib eyni gündə nümayiş etdirəcək. Ən əsası dəfilədə gələn ilin yaz-yay kolleksiyası deyil, bu iin payız-qış geyimləri nümayiş olunub.
Aytən
-
Region12:15Yumruqlar və butulkalar havada uçur: Ermənistan parlamentində kütləvi dava - VİDEO
-
Dünya11:30Türkiyə hərəkətə keçdi: Yunanıstan üçün “qırmızı həyəcan siqnalı”
-
Rəsmi xronika11:26İlham Əliyev Ərdoğanı təbrik etdi
-
Maraq dünyası11:06Göl yoxa çıxıb, meşə seyrəlib: Alimlər qədim sirri insan izlərinə görə öyrəndilər
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi






































.jpg)
