Dəb
Dünya şöhrətli stil ikonası: “Uşaqlarımın zövqünə etibar edirəm” - FOTOLAR
“Victoria Beckham” moda imperiyasının yaradıcısı Viktoriya Bekhem dəb mövzusunda məsləhətə ehtiyacı olduğunu etiraf edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dizayner bildirib ki, geyim məsələsində uşaqlarının zövqünə çox etibar edir: “Uşaqlar paltar seçimində mənə tez-tez kömək edir. Bir dəfə mən Harperi məktədən evə gətirəndə məndən xahiş etdi ki, növbəti gün onun dalınca gələndə başqa paltar geyimin”.
“The Telegraph” nəşrinə müsahibə verən stil ikonası qızının hərəkətini belə izah edib: “Düşünürəm ki, bu yaşda uşaqlar cəmiyyətin gözləntilərinə uyğun davranmaq istəyir və səndən də onu gözləyir”.
42 yaşlı xanım Bekhem paltar seçimində bir neçə qaydaya əsaslandığını vurğulayıb: “Əənimə olmayan, bol kəsimlər mənim daha çox xoşuma gəlir. Bu zaman kişiyə öz təxəyyülünü işə salmaq üçün bəhanə verirsən və bu çox seksual alınır. Bu, mənim üçün həm seksuallıq, həm müasirlik deməkdir. Obrazının çox düşünülmüş olduğunun hiss olunmaması əladır. Bu zaman sizin geyim üzərində çox düşündüyünüz və səyləriniz aydın görünməyəcək”.
Aytən
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”






































