Dəb
İtalyan moda evinin möhtəşəm dəb şousu - FOTOLAR
Milan moda həftəsinin birinci günündə estafeti "Gucci" italyan brendi açıb.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, moda evinin kreativ dizayneri Alessandro Mikele yaz-yay mövsüm üçün olduqca fərqli kolleksiya təqdim edib. Onun kolleksiyasına baxanda üslub konsepsiyası hiss olunmayıb.
Dizaynerin "Gucci" üçün hazırladığı ilk kolleksiyada müxtəlif üslublar bir-birinə qarışmışdı. Əjdaha, quş, it printləri ilə zəngin olan kolleksiyada qarışıqlıq yenə nəzərə çarpır. Alessandra Mikele bu dəfə 70-ci illərin dəbindən ilhamlanıb. Yeri gəlmişkən, dizayner iri çərçivəli "nənə" eynəklərinə yenidən müraciət edib. Lakin kənarları qaşlarla işlənən eynəklər bu dəfə daha təmtəraqlı alınıb.
Dizayner podiuma çıxan modellərin çantalarını, torbalarını, eləcə də kəmərlərini "qəbiristanlıq" və "gələcək" kimi sətiraltı rəmzlərlə doldurub. Yeni mövsümdə də istismar üsullarını davam etdirən dizayner real olmayan daha doğrusu, sirk ustaları və məzhəkəçiləri xatırladan çox parlaq, rəngarəng və modapərəstlər üçün tamamilə yeni olan kolleksiyası ilə qonaqları heyrətləndirib. Eklektizmin və rəng xaosunun hakim olduğu kolleksiya "Əgər cəsarətin varsa, məni geyin, parla və rəqs et!" bu devizi altında nümayiş olunub.
Aytən
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”






































