Dəb
Ancelina Colinin sərvət dəyərində zinət əşyaları kimdə qalacaq? – - FOTOLAR
12 ildir ki, birlikdə olduğu Bred Pittdən boşanmağa qərar verən Ancelina Coli bütün brilyantlarının özündə qalmasını istəyir.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, aktrisa Bredlə birlikdə olduğu müddət aldıqları və ərinin ona hədiyyət etdiyi bütün zinət əşyalarını özündə saxlamaq niyyətindədir.
Xatırladaq ki, Bredin Ancelinaya evlilik təklif edən zaman hədiyyə etdiyi 16 karattlıq nişan üzüyünün dəyəri 250 min dollardır. Bu üzüyün fərqi ondadır ki, üzüyün işlənib-hazırlanmasında Bred Pitt şəxsən özü də iştirak edib. Üzüyün dizaynı üzərində Hollivud zərgəri Robert Prokop bir il çalışıb. Bred Pitt müsahibələrinin birində 2012-ci ilin əvvəlində Ancelinaya hədiyyə etdiyi bu üzüyün onun xarakterinə çox uyğun olduğunu demişdi.

Colinin 2009-ci ildə Oskar mərasimində “Lorraine Schwartz” brendindən taxdığı zümrüd qaşlı və damcı şəklində sırğaların dəyəri 2,5 milyondur. Aktrisanın işarə barmağına taxdığı 65 karatlıq zümrüd üzüyün qiyməti isə 1 milyon dollardır.

Aktrisa üçün məşhur zərgərin Robert Prokopun hazırladığı18 əyarlı qızıl qolbağında isə 14 ədəd zümrüd qaşı işlənib.

Colinin bu istəyinin boşanma prosesinə necə təsir edəcəyi bilinməsə də, aktrisanın mücrüsündə böyük sərvət dəyərində zinət əşyaları olduğu dəqiqdir. Yeri gəlmişkən, onu da qeyd edək ki, Bred Pitt aktrisanın bu istəyi barədə heç bir münasiobət bildirməyib.
Aytən
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?










.jpg)




.jpg)
.jpg)


















