Dəb
Payız qarderobunun ən cəlbedici elementi - - FOTOLAR
Dəri yubka-karandaş qadın qarderobunun dəbli, cəlbedici, eyni zamanda cəsarətli elementidir. Özünə və stilinə güvənən xanımlar dəri ətəkləri böyük məmnuniyyətlə geyinir və onu qarderobundakı digər əşyaları ilə eksperimentdən keçirməyə çəkinmir.
Əgər əvvəllər heç vaxt dəri yubkanız olmayıbsa və onu necə uyğlaşdırmaq barədə məlumatsınızsa, onda ilk baxışdan sizə elə görünə bilər ki, variantların sayı məhduddur. Əlində isə bu model demək olar ki, qarderobdakı bütün geyimlər ilə əla uzlaşır. Dəri yubkaların istər saroşka, istər bluz, istər sviter, istər vodolazka, istərsə də qısaqol köynəklərlə vəhdəti mükəmməl alınır. Lakin dəri yubka ilə dəri gödəkcə kombini lazım olduğundan artıq dəbdəbəli görünəcək. Həmçinin mürəkkəb print və çoxsaylı dekorativ detallardan sui-istifadə etməyə dəyməz. Çünki materialın özü onsuz da seksualıq rəmzi sayılır. Odur ki, onu əlavə bərbəzəklə yükləyib obrazı korlamayın.
Yubka-karandaş istənilən yaşda olan qadınlara yaraşan ən zərif yubka fasonlarından biridir. Dəri yubka-karandaş isə xüsusilə effektli görünür və ansamblın mərkəzi elementi olur. Deməli, obraz barədə artıq və mürəkkəb bir şey fikirləşmək lazım deyil. Minimalist üslubun nümayəndələri, məsələn, Ancelina Coli dəri ətəyi sadə və birrəngli bluzla birləşdirməyə üstünlük verir. Bu vəhdət sizin xarici görünüşünüzü ancaq zənginləşdirə bilər.

Yubka-karandaş modelini yaşlı xanımlar da geyinə bilər. Yalnız bu halda yuxarıda bəhs etdiyimiz qaydaları unutmaq olmaz. Yaşlı xanımların dəri ətəkləri klassik üslubda və qarderobun baza geyimləri ilə uyğunlaşdırması daha məqsədə uyğun olar.
Ayaqqabı seçimində klassikaya müraciət etsəniz, daha güclü təsir bağışlayacaqsınız. Çünki dəri yubka-karandaş modeli heç bir ayaqqabı ilə stilettolar qədər effektli görünmür. Bununla belə stilistlər rahatlığı sevən modapərəstlərə dəri yubkaları ona uyğun gələn idman ayaqqabılarla uyğunlaşdırmağa icazə verir. Ümumilikdə dəri yubka həm işgüzar, həm görüşlər, həm də gündəlik stil üçün əlverişlidir.
Yeri gəlmişkən onu da qeyd edək ki, dəri yubkaların mini versiyası da payız trendlərinə daxildir.
Publika.az-ın dəb bölməsi dəri yubka dəbinə aid modapərsətlərin bir neçə ən yaxşı obrazlarını seçib.
Aytən
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video








.jpg)

.jpg)

















.png)


.jpg)



