Dəb
Geyimlər xarakteriniz haqqında nə deyir? - FOTOLAR
Üslub kim olduğumuz haqqında heç bir söz demədən məlumat verməyin yeganə üsuludur. Paltar insan haqqında ön sözdür, hərdən isə əsl kitab ola bilir.
Publika.az xəbər verir ki, türkiyəli stilist Burçak İliman geyimlərin insan haqqında müxtəlif təəssürat doğurduğunu açıqlayıb.
Yubka-karandaş hörmət doğurur
Dar köynək iddialı və rəsmi olmağı sevdiyimizi göstərir və ümumi görkəmə ciddilik verir.
Yubka-karandaş modelinə əsasən klassika tərəfdarları üstünlük verir. Belə xanımlar özünə güvənən, sakit, güclü obraz yaradır və ətrafda özünə qarşı hörmət doğurur.
Dəri geyimlərdən çox istifadə edənlər müstəqil və üsyankar xarakterlidir.

Dəyirmi kəsimli paltarlar isə sizin daha yumşaq xarakterə malik olduğunuzu göstərir, eləcə də asan və xoş xasiyyətli bir insan obrazı yaradır.
Stilettolar zərifliyi, baletklar isə gücü ifadə edir
Stiletto geyinən xanımlar həssas ruhlu, zərif və nəcib xarakterə malikdir.
Səndəl geyinməyi sevənlər bir az sərt, eyni zamanda əyləncəli ruha malik olduğumuzu göstərir.
Baletka isə sahibinin həyata çəhrayı eynəkdən baxdığını, lakin ən çıxılmaz vəziyyətdə belə özünü qoruya bildiyini ifadə edir.

Aksessuarlar kimliyimizin ən böyük aynasıdır
İri halqa sırğalar o an heç nəyin vecimizə olmadığını, ağrılara alışdığımızı göstərir. İncə bilərziklər maskulen bir tərəfimizin olduğunu anladır, daş-qaşlı üzüklər alicənablığı, nəcibliyi, kiçik qaşlı zərif üzüklər dəbdəbəli həyatı sevmədiyimizi, böyük qaşlı üzüklər isə dəbdəbəli bir həyat tərzinə önəm verdiyimizi göstərir.
Rənglər bizi ələ verir
Rənglərin də insan psixologiyası üzərində təsiri böyükdür. Üslubla yanaşı, istifadə etdiyimiz rənglər insan haqqında müəyyən mesajlar ötürür.
Əhvalımız yaxşı olanda adətən əlvan rənglərə üstünlük veririk, tünd rənglər isə fikirli, başımızın qarışıq və həll etmədiyimiz problemlərin olduğunu göstərir.

Ağ təmizliyi, etibarlılığı, sabitliyi təmsil edir. Çəkiciliyi, müvəqqəti olmağı, ağlı, ehtirası və intellektuallığı xatırladır, eləcə də qarşımızdakına böyük arzuları, ümidləri olan insan olduğumuzu bildirir.
Tutqun boz, xaki və tünd yaşıl kimi rənglər gizli qalmaq arzusunu ifadə edir, ürkək obrazı yaradır.
Ən təsirli və diqqət cəlb edən rəng qırmızıdır. Bu rəng energetik, cəsur, sərt, enerjili, həyəcan verici şəxs olduğumuzu göstərir, həmçinin hər kəsə meydan oxuduğumuzu bildirir.

Aytən
-
Ekologiya04:05Azərbaycana payız fəsli daxil oldu
-
Pul03:43Gələn il dollar neçəyə olacaq? - İLKİN EHTİMALLAR
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”






































