Dəb
Qadını güclü göstərən hərbiçi çəkmələri dəbdədir - - FOTOLAR
Yeni mövsümdə çox maraqlı və çox cəsarətli ayaqqabı trendləri bir-bir ilə yarışa girib. Onların ən aktualı uzunboğaz çəkmələrdir.
Botfortlar (uzunboğaz çəkmələr) dəb dünyasında birmənalı qarşılanmayan əşyalardan biridir. Dəb tənqidçilərinin bəziləri onu az qala göylərə qaldırıb qarderobun ən zəruri əşyası adlandırır, digəri isə onu olmazın “günahlarda” ittiham edirlər. Bununla belə vaxtilə hərbiçi ayaqqabıları olan borfortlar nəhayət ki, öz mövqelərini möhkəmlə bilib.
Publika.az-ın dəb bölməsi xəbər verir ki, ötən qışdan bəri dəbə minən zamşa bortfordlar bu mövsümün də sevilən modeli olmağa iddialıdır.
Dizaynerlər botfortların ünvanına deyilən sərt tənqidlərdən nəticə çıxararaq bir neçə ildir ki, onları daha incə etməyə qərar verib. Qısacası, uzunboğaz çəkmələrin kobud versiyası artıq dəbdə deyil.
Sözsüz ki, ən uğurlu variantlardan biri zamşalardır. Yaxşı olardı ki, qara və ya boz rənglər üzərində seçim edəsəniz. Çünki universal qara ilə boz istənilən rənglə yola gedir və kombin etdikdə sizin vaxtınızı almayacaq. Əgər ictimai nəqliyyatla gəlib-gedirsinizsə, onda altı düz, yaxud alçaq dabanlı modellərə üstünlük verin.
Düzünü demək lazımdırsa, botfortlar yalnız ayaqları arıq xanımlara yaraşır və bu məsələdə mübahisə etmək yersizdir. Əgər sizin ayaqlarınızın kökdürsə, onda botfortlara tüpürün və özünə başqa modellər seçin. Narahat olmağa heç bir əsas yoxdur, moda evləri onsuz da bir-birindən fərqli və müxtəlif çeşiddə çəkmə modelləri təklif edib.
Bortfortlara paltar seçən zaman diqqətli və səliqəli davranmaq lazımdır. Bu çəkmələr midi və ya maksi ilə adətən yola getmir, onların cins şalvar ilə vəhdəti də uğurlu alınmır. Paltarın yeganə məqbul uzunluğu minidir. Bununla belə uzunboğaz çəkmələri həddindən artıq açıq-saçıq geyimlə də uzlaşdırmaq olmaz. Yumşaq zamşa bortfortlar dəri və ya sadə, yığcam mini-yubkayla və ya həmcli sviterlərlə çox gözəl uzlaşır.
Onu da yaddan çıxartmayın ki, ətəklə çəkmə arasındakı məsafə nə qədər az olsa, bir o qədər effektli görünəcəksiniz. Paltarın və ya yubkanın ətəyi ilə ayaqqabı arasında nazik xətt qalmalıdır. Həmçinin paltarın çəkmələri bir az örtməsi də yolveriləndir.
Sonda əlavə edək ki, dəri çəkmələr ayağa boş qalanda sizi olduğunuzdan kök göstərəcək. Çəkmələr ayağa yapışmalı, eyni zamanda rahat hərəkət etməyə imkan verməlidir.
Ayaqları inanılmaz dərəcədə gözəl göstərən bortfortlar qadınlar üçün əsl tapıntıdır! Onlar zərif cinsin nümayəndələrini daha qamətli və bütün bədəni vizual olaraq uzun göstərir. Belə çəkmə geyinmiş heç bir qadın şəhərimizin küçələrində diqqətdən kənarda qala bilməz!
Aytən
-
Sosial10:12Bu şəxslər işlə təmin olunacaq
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq






















.jpg)















.jpg)