Dəb
Dəbdə məxməri inqilab - FOTOLAR
Alicənablıq, estetika və zinət sanki bu parçada toplanıb. Məxməri görən kimi ona toxunmaq və sığallamaq istəyirsən. Odur ki, özünüzü saxlamayın və bu payız hər hansı məxmər geyim əldə edin.
Publika.az-ın dəb bölməsi xəbər verir ki, sanki intibah dövründə yaşayıb yaratmış bir çox rəssamların tablolarında təsvir etdiyi məxmər və velür don geyinmiş xanımlar dizaynerlərin payız-qış kolleksiyalarında əks olunub. Əvvəllər bu materiallar əsasən yaşlı təbəqə üçün xarakterik hesab olunurdu. Lakin yeni mövsümdə məxmər materialı məlahətli səsli ilə yenidən qəlblərə qayıdıb.
Bu parça bədəni kök göstərmək kimi mənfi xüsusiyyətə malik olmasına baxmayaraq, indidən dünyanın məşhur modapərəstləri sayəsində trendə çevrilə bilib. Xüsusi ilə də zəngin çalarları üstünlük təşkil edir.
İlin ən populyar trend namizədini diqqətdən kənar qoymaq olmaz. Məxmərin aktuallığını və dəb ekspertlərinin fikirlərini nəzərə alsaq, onlar hər bir qızın baza qarderobunda yer almalıdır. Bu, ayaqqabı, köynək, palto və ya ziyafət paltarı ola bilər. İstənilən hallarda onlar obrazın uğurlu alınmasına zəmanət verir.
Ötən əsrlərin dəb qayda-qanunlarına əsasən məxmər donları ancaq ziyafət gecələrində geyinmək olardı. İndi isə əksi məlum olub. Müasir modapərəstlər, eləcə də işgüzar xanımlar bu məsələdə özünə heç bir məhdudiyyət qoymur və günün istənilən saatında məxmər don, pencək, çanta, hətta məxmər çəkmə və stilettoları geyinməyi özünə rəva bilir.
Bununla belə məxmərin axşam mərasimləri üçün uğurlu seçim olduğunu inkar edə bilmərik. Zinət əşyaları + məxmər paltar sizin gözəlliyinizi mükəmməl şəkildə vurğulayacaq. Döşəməyə qədər uzanan məxmər donlar sizə incəlik və şarm bəxş edəcək.

Obrazı klassik yumşaq bleyzer hesabına dirçəldirik. Bu halda onu klassik cins və adi futbolka ilə birləşdiririk.

Xalat modelinin əvəzinə yumşaq, aşırmalı məxmər don görmək olar. Onda sizə həm rahat, həm isti olacaq, həm də simanızı nəzərəçarpacaq dərəcədə vurğulamaq imkanı əldə etmiş olacaqsınız. Uzun qolu klassik variantı seçin.

Məxmər paltar adi krosovkalarla da uyğun ola bilər. İdman şıqlığını axı hələ heç kim ləğv etməyib.

İşlədiyiniz şirkətdə çox sərt geyim qaydaları yoxdursa, kostyumu idman ayaqqabılarla sınaqdan keçirin. Yeri gəlmişkən, obrazı metal və məxmər elementlərlə tamamlamaq vacibdir. Bu, çanta sırğa və ya qolbaq ola bilər.

Ağıllı yanaşma və cəlbedici rəng seçimi: Bu dəstdə zəngin rəngli məxmər yubkanı enli boz sviter, qırmızı çanta və ağ kedlər tamamlayıb.

Pijama üslubu öz-özlüyündə xüsusi zərifliklə assosiasiya olunur. Məxmərin iştirakı ilə isə o, sənət əsərinə çevrilir.
Minimalistləri də
düşünmüşük və istənilən dəstlə uyğunlaşan uğurlu variant seçmişik.
Bu, klassik, adi qara bleyzerdir.

Məxməri jaketlər mini-yubkalarla çox gözəl uzlaşır, xüsusən belə uzunluq mövsümün əsas trendlərinə daxildir.

Aytən
-
Sosial02:44Bakı səmasında möhtəşəm hilal görüntüsü - Foto
-
Qoroskop00:45Günün ulduz falı: gələn təkliflər yeni qapılar açacaq
-
Hadisə17 İyun 21:39Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı - Mən o videoya baxdım...
-
ABŞ17 İyun 21:13"Arthur" yaxınlaşır - Cümə günü faciə törədəcək
-
Elm və təhsil17 İyun 20:22II və III ixtisas qrupları üzrə qəbul imtahanının nəticəsi elan edildi
-
Hadisə17 İyun 20:10Qızını dəhşətli qəzada itirən vəkil valideynlərə çağırış etdi
-
Səhiyyə17 İyun 18:4016 yaşlı Məleykənin ölümünə səbəb olan cərraha bu cəza verildi
-
Sosial17 İyun 16:37Flora Kərimova Mehriban Əliyevaya təşəkkür etdi









.jpg)

.jpg)

















.jpg)








