Dəb
Nənəsayağı sovet üslubu müasir interpretasiyada - - FOTOLAR
Ekssentrik nənəsayağı geyim üslubu tendensiyası İngiltərədə yaranıb. London sakinləri bunu qeyri-adi geyim, aqressiv seksual paltarlar əvəzinə, rahatlığa üstünlük verməsi ilə izah edir. Bu üslubun əsas özəlliyi çılpaq bədənə və kip siluetə zidd olaraq rahatlığın ön planda olmasıdır.
Publika.az-ın dəb bölməsi xəbər verir ki, payız-qış mövsümündə nənəsayağı fasonlara bir çox dizaynerin kolleksiyalarında rast gəlmək olar. Yeri gəlmişkən bu üslubun ən layiqli davamçısı “Gucci” moda evinin gənc dizayneri Alessandro Mikeledir. Nənələrin sandığından ruhlanan dizayner bununla demək istəyir ki, əsl müasir öz dövrünün tələb və qanunlarına cavab verən insan deyil, əslində, köhnəlmiş insandır.

Nənənin üslubu bu mövsüm həm aktualdır, həm də 70-ci illərin vintaj üslubunu təkraralamağa imkan verəcək. Bu tendensiya retro üslubu ilə çox gözəl uzlaşır.

Nənəsayağı üslubun səciyyəvi cəhətləri vintaj geyim, gözlənilməz vəhdət, yaxası bantlı bluzlar, boğuq rənglər və ağır materialların birləşməsidir. Amma nənəsayağı üslubda rəng çalarları bəzi hallarda parlaq da ola bilər. Yeri gəlmişkən, alçaq və qalın dabanlı ayaqqabılar, eləcə də böyük çərçivəli eynəklər, qəribə saç sancaqları, qalın kolqotqalar, kisə formasında çantalar, dəyirmi yaxalıqlar və yaylıqlar nənəsayağı üslubun ayrılmaz hissəsidir.

“Granny” (nənəsayağı) üslubu təqlid etmək çətin deyil. Əgər vintaj geyim və aksessuar tapa bilmirsinizsə, onda nənənizin şkaflarına nəzər salın, yaxud köhnə şəkillər arasında axtarış aparıb zövqünüzə uyğun olan hər hansı bir detalı tikdirə bilərsiniz.



Aytən
-
Sosial22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu










.jpg)

.jpg)





.webp)



















