Dəb
Bakının məşhur "Aeroport sumkası" necə dünya brendi oldu? - FOTOLAR
Hər birimizin “aeroport sumkası”, “yük sumkası” kimi tanıdığmız çantalar bu ilin dəbinə çevrilib.
Belə ki, məşhur "Balenciaga" markası 2016-cı il kolleksiyasına “aeroport” çantasına bənzər çanta modelləri əlavə edib. Onların qiyməti təxminən 3 min 200 manatdır.
Futbolçu Pavel Poqrebnyakın həyat yoldaşı Mariya Moskva restoranlarından birində bu çanta ilə görünüb.
Məsələni maraqlı edən odur ki, 3 min 200 manat dəyəri olan bu çantalar bazarlarda 1-2 manata satılır.
Mövzu ilə bağlı ATV.az-a açıqlama verən modelyer Elnarə Bəkirova bildirdi ki, bu çantalar keçən ildən dəbdədir və olduqca böyük marağa səbəb olub:
“Məşhur brend markasının istehsal etdiyi həmin çantalar bizim nənə-babalarımızın bazara gedərkən apardıqları çantalara bənzəyir. Sadəcə onların materialında fərq var. Belə ki, bu çantalar brenddir və brend olduğu, adını brendləşdirdiyi üçün yüksək qiymətə satır.
Bu gün dünyada onlara böyük maraq var. Hətta onu almaq üçün növbədə durub gözləyən insanlar mövcuddur. Onun materialı, ona sərf olunan saplar, eləcə də üzərində istifadə olunan rənglər tərkibinə görə tam fərqlidir.
Dünyada bu çantalar qəbul olunsa da, bizdə olduqca marağa səbəb olub. Çünki, bizim bazarlarda bu çantalara rast gəlmək olur. Avropadakı dəbi daim izləyirik. İnanmıram ki, onlar bizim aeroportda satılan çantadan xəbərdar olsunlar".
-
Dünya22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin120:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Rəsmi xronika13:37Azərbaycanda işçilərə şirkət payı veriləcək
-
ABŞ13:07Trampdan "2028" mesajı: Prezident seçkilərində namizədliyinə eyham vurdu
-
Rəsmi xronika13:03Bu şəxslər 7 min manatadək cərimələnəcək










.jpg)

.jpg)





.webp)



















