Dəb
Məşhur stilist: “Qarnınızı gözümüzə soxmayın”
Stilist və modelyer İvana Sərt kök kişi və qadınları kəskin tənqid edib.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dizayner kök insanlara bədənlərindəki qüsurları örtməyi tövsiyə edib: “Qüsur varsa bunu nümayiş etdirmək lazım deyil. Bu, təkcə qadınlara deyil, kişilərə də aiddir. Əgər qarnınız varsa, onu heç kimin gözünə soxmayın. Yəni, qarnı örtən bol geyimlər daha məqsədəuyğun olar. Qadının qolları çox uzun olarsa, uzun paltar geyməyi, həmçinin korsetlərdən istifadə etməyi tövsiyə edirəm. Korset çox əlverişlidir. Hündür boylu qadınlar çox hündür dabanlı ayaqqabı geyinməməlidir. Boyu qısa olan xanımlara isə uzun ətəklər yaraşmır”.
Türk qadınlarının bədənlərinə görə geyinmədiyini söyləyən Sərt dəbin tez-tez dəyişdiyini, həmçinin geyim seçərkən bədən ölçülərini nəzərə almağın vacibliyini vurğulayıb: “Ən önəmli məqam seçdiyiniz geyimlərin bədən ölçülərinə uyğun olmasıdır. Əsmər qadınlara daha parlaq tonlar, sarışın qadınlara daha yumşaq rənglər yaraşır".
İ.Sərt pəhriz reseptlərini də əsirgəməyib: “Kişilər xəmir xörəklərindən uzaq dursun. Çoxlu idman etsinlər. Çörək və xəmir xörəklərinin yerinə ətə üstünlük versinlər. Onsuz da əti hər kəs sevir və ət kökəltmir. Qat-qat geyinməyin. Qarnınızı göstərməyən geyimlər alın”.
Aytən
-
Nida Xəbər 09:12Mehriban Əliyeva Türkiyənin Cümhuriyyət Bayramını təbrik etdi
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ





















.jpg)

.jpg)













.jpg)