Dəb
İlin ən zövqlü dizayner və moda evləri seçildi - FOTOLAR
Dünən Londonda “Albert-holl”-da “The Fashion Awards-2016 “ (Dəb mükafatları 2016) mükafatlarının təqdim etmə mərasimi keçirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, mərasimdə iştirak etmək üçün dörd mindən çox qonaq toplaşıb. Qala gecəsində Ledi Qaqa, Cared Leto, Naomi Kempbell, Salma Hayek, Keyt Kekinseyl, Keyt Moss, Cici Hadid, Dinatella Versaçe və bir çox digər ulduzlar iştirak edib.
Britaniya dizaynerləri şurası ənənəvi olaraq hər il moda sənayesinin ən uğurlu və əhəmiyyətli xadimləri seçir və onlara bir sıra nominasiyalar üzrə mükafatlar verir. “The British Fashion Awards” ənənəvi tədbirində bu il bir qədər dəyişiklik baş verib. Belə ki, dizaynerlər şurası sərhədlərini bir az da genişləndirərək mükafatın adından "Britaniya" sözünü çıxartmağa qərar verib. Başqa bir yenilik isə 27 ildir keçirilən mərasimin tarixində ilki dəfə olaraq biletlərin geniş dairə üçün satılması olub.
“The Fashion Awards-2016” laureatlarının siyahısı:
"Britaniya dəbində yenilik": Molli Qoddard
"Kişi geyimləri üzrə Britaniya dizayneri": Kreyq Qrin
"Qadın geyimləri üzrə Britaniya dizayneri": Simon Roşa
"Blou İzabella mükafatı": Bryus Veber
"Britaniya brendi": “Alexander Mcqueen”
"Beynəlxalq dərəcəli biznes lideri": Marko Bizzarri “Gucci” üçün
"Beynəlxalq dərəcəli şəhər brendi": “Vetements”
"Yeni moda ikona ": Uillou və Ceyden Smit
"Beynəlxalq dərəcəli model": Cici Hadid
"Beynəlxalq dərəcəli aksessuar dizayneri": Alessandro Mikele “Gucci” üçün
"Pret-a-porte üzrə beynəlxalq dərəcəli dizayner ": Demna Qvasaliya “Balenciaga” üçün
"Swarovski mükafatı": Frank Soççiani
Aytən
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi






































