Dəb
Şalvarın qadınlara da çox yaraşdığını sübut edən dəb ilahələri - FOTOLAR
Tarixdə ilk şalvarı hansı qadının geyindiyi dəqiq məlum olsa da, onun xasiyyətcə cəsarətli və rahatlığına böyük önəm verdiyini əminliklə demək olar.
Publika.az oxucuları şalvarın qadın qarderobuna daxil olmasında böyük əməyi keçən xanımlarla tanış edib.
Yelizaveta Smit Miller

Yelizaveta 1851-ci ildə ictimai yerlərdə şalvar geyinərək əsl inqilab edib. Qadınların özünü korset ilə hər cür işgəncələrə məruz qoyduğu dövrdə Millerin bu addımı amerikalı modapərəst xanımlar tərəfindən amansızcasına tənqid edilib.
Ameliya Blumer

Amerikalı feminist Ameliya Blumerin 1848-ci ildə studiyada çəkdirdiyi bu fotosu bir çox qadını ətəyin altından şalvar geyinməyə ruhlandırıb. Bu tərz illərlə aktual olub.
Sara Bernar

Ətəksiz şalvar geyinən ilk xanımlardan biri fransız sənətçisi Sara Bernar olub. İlk vaxtlarda çox müsbət qarşılanmasa da, bu foto sonrakı dövrlərdə qadınların ilham mənbəyi olub.
Eleonora Sears

Eleonora Sears “Burligame Country Club” meydanına at üstündə joker stilində gəlib və ingilislərə qarşı amerikalılarla oynamaq istədiyini söyləyib. Lakin kişilər razı olmayıb.
Marlen Ditrix

Marlen Ditrix 1930-cu illərin sevilən ulduzu idi. Onun kişisayağı stili dəb dünyasına da təsirsiz ötüşməyib. Dövrünün stil ikonası adına layiq görülən aktrisa stereotipləri dağıdaraq sübut edir ki, qadınların da şalvar geyinmək haqqı var. Bir sözlə, bu xanımla qürur duymağa dəyər.
Koko Şanel

Şalvarın qadınlar arasında dəbə minməsində əfsanəvi dizaynerin rolu əvəzsizdir. Rəvayətə görə, ata minməyi çox sevən Koko enli ətəkdən bezərək onu kəsib, daraldıb və şalvara çevirib. “Mən dəblə məşğul olmuram, dəbi özüm yaradıram” deyən qadının dəbə təsiri və verdiyi töhfələri təxmin etmək çətin deyil.
Odri Hepburun

Odri Hepburn isə dar şalvarların bir xanıma nə qədər yaraşdığını və onu necə zərif göstərmək qabiliyyətinə malik olduğunu göstərərək milyonlarla həmcinsini ruhlandırıb.
Paris 1922-ci il

İlk dəfə şalvar geyinən qadınların sevinci
Ketrin Hepburn

Ana Skot Ceyms

1941-ci il Amerikanın ilk qadın jurnalistləri
1919

Birinci dünya müharibəsində gəmidə çalışan şalvarlı qadınlar
1930 -1940-cı illər

İlk dəfə cins şalvar geyinən qadınlar
Merilin Monro

Sarışın gözəlçə donları xüsusi ilə sevirdi. Bununla belə dəb ikonası kaprilərə qarşı laqeyd deyildi.
Aytən
-
İdman00:30Totti etiraf etdi: “Bunu edə bilərdim, amma “Roma”ya xəyanət etmədim”
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi






































