Dəb
Yeni İl üçün möhtəşəm ziyafət libasları - FOTOLAR
Yeni İl ərəfəsi bütün qadınları “Nə geyinəcəm?” sualı düşündürür. Axı bayram axşamı özünü inamlı və gözəl hiss etmək çox vacibdir. Bu, sizin yaxın 365 gün ərzində uğur qazanacağınıza dair zamənətdir.
Publika.az-ın dəb bölməsi oxucuları geyim seçimi ilə bağlı tövsiyələri təqdim edir.
Məxmər və ipək

Birinci növbədə materialdan başlamaq lazımdır. Məxmər parçalar artıq bir neçə mövsümdür ki, trendlər arasında liderlik edir. Odur ki, bayram axşamı üçün məxmərdən yaxşı seçim üzərində düşünməyə dəyməz. Belə paltar düşünürsünüzsə, heç nədən narahat olmaya bilərsiniz. Dümdüz saçlar, at quyruğu, minimum bəzək əşyaları və klassik makiyajla siz istənilən məclisin ulduzu olacaqsınız. Qeyd etmək lazımdır ki, məxmər paltar və ya kostyum hələ qədim dövrlərdən bayram və təmtəraq simvolu olub. Lakin hər hansı məxmər geyim almazdan əvvəl əmin olun ki, o, qarderobunuzda digər əşyalarla harmoniya təşkil edəcək. Məsələn, məxməi bej, qara və ya gümüşü stilettolarla, yaxud uzunboğaz zamşa çəkmələrlə və sadə klatçlarla dəstləşdirmək olar.
Zərif drapirovkalar

Obrazı bayramsayağı göstərməyin daha bir variantı ona zadəganlıq əlaməti saylan drapirovka bəzəkləri əlavə etməkdir. Siz hazır drapirovka bəzəyi olan paltar seçə və ya sadə modelə parça əlavə edə bilərsiniz. Belə daha effektli olacaq.
Metal effekti

Aktual tendensiyalar barədə söhbət düşübsə, 2017-ci ildə çox böyük populyarlıq qazanan müxtəlif metal parçalar və nəcib çalarları qeyd etməmək olmaz: Polad, mis, qızıl, gümüş, platin. Siz metal effektli material, payetli (parıltılı pulcuq) don, qızıl saplarla tikilmiş zərli trikotaj və metal parıltısı olan istənilən digər parça variantlarını seçə bilərsiniz. Yadda saxlamaq lazımdır ki, bütün yuxarıda sadalanan fakturalar kifayət qədər parıltılı görünürlər. Odur ki, digər aksesssuarlar sadəliyi ilə seçilməlidir. Bu materiallar öz-özlüyündə dəbdəbəli olduğu üçün həddi keçmək lazım deyil. Bağıran makiyajından, təmtəraqlı saç düzümündən və ekstremal dekoltedən qaçın. Qızılı paltarla sadə balerina toppuzu və alçaq dabanlı tuflilər əla qalacaq. Belə bir obraz daha müasir görünür, nəinki qızılı don ilə qırmızı pomadanın və 15 sm-lik dabanı olan laklı ayaqqabıların vəhdəti.
Maksimum əla əhval-ruhiyyə
Əgər Yeni İli təntənəli şəraitdə qarşılamağı planlaşdırmısnızsa, sizin üçün ən ideal variant döşəməyə qədər uzanan ziyafət libasları olacaq. Xoşbəxtlikdən indi maksi-uzunluq dəbdədir. Belə ki, siz öz bədən quruluşunuz üçün münasib variantı mütləq tapa biləcəksiniz. Siz yuxarıda adı çəkilən ipək, məxmər, zərli trikotaj, payet və ya birrəngli yüngül parçalara müraciət edin.
Çoxqatlı yubkalar, açıq çiyinlər, korsetsiz donlar və zərif örtüyü olan modellər Yeni İli qeyd etmək üçün gözəl seçimdir. Üst geyim kimi qısa dəri gödəkcə, xəz manto və toxunma kardiqan və ya klassik kostyum seçmək olar. Seçiminiz tədbirin formatından və üslubundan asılıdır.
Təzadlar oyunu
Stilistlər yubkaları, donları jaketlər, sviterlər və kardiqanlarla birləşdirməyi tövsiyə edir. Onlar hesab edir ki, uzun yubkalarla köynəkləri vəhdəti bayram tədbirləri üçün əla ideyadadır. Belə ziddiyyətlər oyunu tərzinizə sərbəstliyi artırır və belə təəssürat yaradır ki, sizin üçün ziyafət geyimi seçmək adi bir məsələdir.
Ümumiyyətlə, müasir axşam obrazları istənilən halda təbiilik və laqeydlik istəyir. Əgər siz sviterlə balerina yubkasını birləşdirmək istəyirsinizsə, onda ustanıza saçınıza sadəcə fen çəkməyi və neytral makiyaj etməyi tələb edin. Saçınızı çox qabarıq düzəltdirməyin, əks halda bu, sizi süni edəcək.
Qısa minilər

2017-ci ili klub mühitində qarşılamağa hazırlaşanlar üçün tamamilə başqa tövsiyələrimiz var. Aydın məsələdir ki, klub səhərə qədər şənlənmək, rəqs və adrenalin deməkdir. Oturmaq imkanı isə yəqin ki, olmayacaq. Belə şəraitdə ən yaxşı seçim mini donlar olacaq. Obrazın daha dəbli görünməsi üçün alçaq dabanlı ayaqqabılar seçin. Bu, həm dəbli, həm də əlverişli qərardır. /Siz rəqs meydançasından çıxmaq bilməyəndə bütün rəfiqələriniz başa düşəcəklər ki, seçiminiz nə dərəcədə düzgün idi.
Paltar özü çox parlaq ola bilər, axı klub estetikası məhz bunu tələb edir! 90-ci illərin dəb meyllərindən ilham alın. Payetli, biserli, muncuqlu, saçaqlı modelləri cəsarətlə geyinin. Makiyajda da parıltıya üstünlük verə bilərsiniz, təkcə düzgün baza seçin ki, rəqs zamanı makiyaj istidən axmasın. Və əlbəttə ki, mini-paltarda bir dəqiqə belə dərd çəkmək qəti qadağandır!
Sizin hansı variantı seçdiyinizdən asılı olmayaraq Yeni İl gecəsi özünüz olmaq, öz vərdiş və istəklərinizi nəzərə almaq çox vacibdir. Əgər siz bütün ili idman ayaqqabılarında gəzirsinizsə, bayram üçün çox hündür modellər seçməyin. Qapalı fasonlar paltarlara üstünlük verisinizsə, dekolte, ekstremal minidən imtina edin. Paltar rahat olmalıdır! Unutmayın ki, şənliklər sürprizlərlə dolu olur. Sizi maraqlı tanışlıqla gözləyir. Ən yaxşısı rahat olun və dəqiqədən zövq alın.
Aytən
-
ABŞ03:18Bunu etsələr, yer üzündən silinəcəklər! - Trampdan İrana xəbərdarlıq
-
Magazin102:43Nəsrinin toy fotoları
-
Qoroskop02:00Günün ulduz falı: gözlənilməz fürsətlər yarana bilər
-
ABŞ01:40Ağ Ev yaxınlığında atışma: xəsarət alan var
-
Dünya4 May 23:55Zelenskidən atəşkəs qərarı
-
Dünya4 May 20:24İran BƏƏ-yə hücum etdi, güclü yanğın başladı
-
İdman4 May 20:12Sovrulan milyardlar: Futbol tarixinin ən biabırçı fiaskosu yaşanır
-
Rəsmi xronika4 May 19:05Prezident Melonini belə qarşıladı - Video








.jpg)

.jpg)

















.png)


.jpg)



