Dəb
"Dior" moda evinin yaz-yay kolleksiyası nümayiş olundu - FOTOLAR
Dünən Paris moda həftəsi çərçivəsində Roden Muzeyində “Christian Dior” moda evinin yeni kolleksiyasının nümayişi olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, moda evinin yeni kreativ direktoru Mariya Qratsiya Kyuri ilk dəfə olaraq “Dior” üçün hazırladığı kolleksiyasını təqdim edib.
Dəb tənqidçilərinin, eləcə də ictimaiyyətin səbirsizliklə gözlədiyi kolleksiya çoxları tərəfindən yüksək qiymətləndirilib. Ekspertlər bildirib ki, moda evinin keçmiş kreativ direktoru Raf Simonsun soyuq və ciddi klassik üslubundan fərqli olaraq, madam Mariya “Dior” üslubunu daha incə və yumşaq etməyə nail olub. Başqaları isə Mariya Qratsiya Kyurinin yeni kolleksiyası ətrafında gurultulu hay-küy yaradıb. Bu mübahisənin səbəbi Mariyanın 10 ildən çox “Valentino” moda evində çalışması olub. Əlbəttə ki, yeni kolleksiyada Mariyanın italiyan moda evi “Valentino” üçün yaratdığı üslubun bəzi təsirləri hiss olunub. Bütün bunlara baxmayaraq, kolleksiya çox zərif və gözəl alınıb. Xüsusi diqqəti detallara yetirmək lazımdır, onların sayı çox deyil, lakin bəzək əşyaları qeyri-adi tərzdə təqdim olunub. Hər bir obrazda təkcə gözəl ziyafət paltarları deyil, baş geyimləri və darıxdırıcı olmayan bəzək əşyaları diqqət cəlb edib. Modellərin üzlərini heyvan fiqurlarını xatırladan torlar örtüb.
Əgər əvvəlki kolleksiyası zamanın ruhuna uyğun olaraq rahat, idmansayağı, futurizm və feminizm tərzində yerinə yetirilmişdisə, kutyur kolleksiyası bizə moda evinin yenilməz incə köklərinə qaytarıb.
Aytən
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı





















.jpg)

.jpg)














.jpg)