Gözlənilməz QƏRAR: İrina Şeyk və Bella Hadid... - FOTOLAR
Bizi izləyin

Dəb

Gözlənilməz QƏRAR: İrina Şeyk və Bella Hadid... - FOTOLAR

Məşhur moda evindən gpzlənilməz QƏRAR

Məşhur modelyer Rikardo Tişi “Givenchy” moda evinin kreativ direktor vəzifəsindən gedib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dizayner 12 illik əməkdaşlıqdan sonra sözügedən moda evindən ayrılmağa qərar verib. Mətbuat xidməti kreativ direktorun uzun illər çalışdığı moda evindən qəfil gedişini müqavilə müddətinin yanvarın 31-də başa çatması ilə əlaqələndirib. "Dizaynerlə moda evi arasında heç bir qalmaqal yaşanmayıb, hər şey sülh şəraitində baş verib", - deyə Mətbuat xidmətindən bildirilib.

“Louis Vuitton Mot Hennessy” şirkətlər qrupunun prezidenti Bernar Arno moda evinin inkişafının töhfəsinə görə Rikardoya ürəkdən təşəkkür edib: "Dizayner “Givenchy” ilə işlədiyi 12 il ərzində öz adını brendin tarixinə qızıl hərflərlə yazdıra bilib. Moda evinin fasiləsiz uğur qazanmasında Rikardonun rolu əvəzsizdir".

Ekspertlər iddia edir ki, dizaynerin yeni iş yeri “Versace” moda evi ola bilər, çünki onun sirli və seksual estetikası modelyerin yaradıcılığı əla uzlaşır. Üstəlik Rikardo artıq uzun illərdir ki, Donatella Versaçe ilə dostluq edir və hətta 2015/2016 payız-qış mövsümünün reklam kampaniyasında çəkilib.

Xatırladaq ki, dizaynerin sonuncu kolleksiyası Paris kişi moda həftəsi çərçivəsində təqdim olunub.

Rikardo Tişi “Givenchy” ilə əməkdaşlıq dövründə şou-biznes ulduzları üçün ən parlaq obrazlar yarada bilib. Dizaynerin işləri hər zaman mərasimlərin ən diqqətçəkən libasları olub. Tanınmış adamlardan bəziləri onun həyatında dəyişiklikləri artıq şərh edib. Bella Hadid instaqramda dizaynerlə şəklini paylaşaraq ona uğurlar arzulayıb. Dizaynerin yaxın dostu İrina Şeyk də baş vermiş hadisələrdən kənarda qalmayıb. İrina ilk dəfə məhz Rikardo Tişinin onu yüksək moda həftələrində model kimi işləməyə dəvət etdiyini söyləyib. Rusiyalı model dizaynerin istedadını yüksək qiymətləndirib və açıq şəkildə etiraf edib ki, bundan sonra “Givenchy”-nin mağazalarından alış-veriş etməyəcək.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm