Dəb
Nostalji dəb geri qayıdır - - FOTOLAR
Yaz, qış demədən hər yeni mövsüm yeni dəb formalaşır. Modelyerlər, onların özlərinə məxsus kolleksiyaları bir neçə nümayişdən sonra artıq dəbə çevrilir. Bu yazı əsasən geyimləri sevən, dəb ilə ayaqlaşan xanımların işinə yarayacaq. Hərəkətli, rəngarəng "80-lər" geri dönür. 2017-ci ilin dəbi Bakı küçələrində nostalji küləkləri əsdirəcək.
Publika.az xəbər verir ki, bir sıra brendlərin yeni kolleksiyalarında, markaların mövsümə uyğun geyimlərində 80-ci illəri xatırladan nüanslara rast gəlinir.
2017-ci ilin ilk rübünü bitirmək üzrəyik, havalar yavaş-yavaş isinməyə başlayıb. Birlikdə həyatımıza bir az daha nostaljik tonlar əlavə edək, nə deyərsiniz?
Bir neçə fotoda siz, 2017-ci ilin yaz və yay kolleksiyalarında istifadə olunan 80-lərin dəbinin küçə stilində necə əks olunduğunu görəcəksiniz .
Diqqət çəkən mini ətəklər
Bu mövsüm fərqli markaların kolleksiyalarında bu tip ətəkləri çox görmək olar.

Metal rəngli, qarşısı qalstuklu, ya da qat-qat mini ətək modelləri tam da 80-lərin ən öndə gedən geyimlərindəndir. Gözalıcı mini ətəklərdən istifadə edəcəksinizsə, onları mümkün qədər sadə bir paltarla kombinləsəniz, həm ətəyin kombindəki təsirini öldürməmiş olarsınız, həm də gözəl görünüş əldə etmiş olarsınız.
Köynəklərdə çiyin detalları

Əslində, çiyin detalları 80-lərdə ilk gözümüzə dəyən trendlər arasındadır. Çiyinli pencəklər, köynəklər, cins gödəkçələr və.s. Bu mövsümdə kolleksiyalarda çiyin detallarına çox yer veriləcək.
Qatlanmış cins gödəkçələr
Bizim böyük sayıb kəsdirdiyimiz uzunluqlar 80-lərin modasında bir trend olub.

Qatlanmış qollu gödəkçələr, köynəklər, hər zaman o dövrün havalı görünüşlü gənclərinin əvəzolunmazları sırasında olub. Bu mövsümdə isə bu tərz daha bir nostaljik hava yaradacaq.
Rəngli parçalardan geyimlər

80- ci illərdə ən rəngli stilləri birləşdirən bu geyimlərdən, rəngli lasinlərdən o vaxt aerobika edən qadınlar geyinirdisə, bu gün artıq bir başqa ilin dəbi ilə bu geyimlər küçələri ələ keçirib.
Qısabel köynəklər, yüksəkbel şalvarlar
Qısa bel köynəklər və yüksək bel şalvarlar 80-lərin ən populyar parçalarından hesab olunur.

Xüsusilə yüksək bel şalvarlardan daha çox istifadə edildiyini görürük. İllərdir küçələrdə gördüyümüz bu tərz geyimlər 2017-ci ilin eyni tərzi xatırladan kombinlər sırasnda hələ də podiumları bəzəyir.
Könül Cəfərli
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı




















.jpg)

.jpg)















.jpg)