Dəb
Ulduzlar "Met Gala"da bir-biri ilə dəb və gözəllik yarışına girdi - FOTOLAR
Dünən Nyu-Yorkda, Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunda ənənəvi illik "Met Gala" gecəsi keçirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Metropoliten İncəsənət Muzeyinin nəzdindəki Kostyum İnstitutunun (Metropolitan Museum of Art's Costume Institute) hər il keçirdiyi dəb şousunda moda, musiqi, kino sahəsində dünyanın ən tanınmış simaları: Cennifer Lopes, Adriana Lima, Miranda Kerr, Sara Cessika Parker, Dautzen Krez, Nikki Minaj, Selena Qomez, Cici və Bella Hadid bacıları, Lyuopita Nyonqo və başqaları iştirak edib.
Ənənəvi dəb və stil bayramı bu il yaponiyalı dizayner və “Comme des Garcons”un qurucusu Rey Kavakubonun avanqard yaradıcılığına həsr olunub. Anna Vintur Bal İnstitutunun həmsədrləri Keti Perri, Farrel Uilyams, Jizel Bundhen və onun əri Tom Bred ilə birlikdə Rey Kavakubonu gecənin fəxri sədri təyin edib.
Təşkilatçılar fashion-sənayesinə töhfə verən dizaynerin yaradıcılığını xüsusi qeyd etmək qərarına gəlib. Belə ki, mayın 4-dən sentyabrın 4-ə kimi Nyu-Yorkda modelyerin işlərinin sərgisi keçiriləcək. Qeyd edək ki, Rey Kavakubo son 40 il ərzində dünyanın ən mühüm və nüfuzlu dizaynerlərindən biri sayılır. O dövrün estetikasını müəyyənləşdirib.
Bal 2017-nin qonaqlarına və iştirakçılarına qırmızı xalça üçün geyim seçimində Kavakubonun cəsarətli memarlıq dizaynına üstünlük vermək təklif olunub. Əlbəttə ki, hər kəs öz yaradıcı yanaşma tərzini vurğulamadan keçməyib. Məşhur ulduzlar bu dəfə də qırmızı xalıda bir-biri ilə sanki gözəllik və dəb yarışına girərək təmtəraqlı, bahalı ziyafət libasları ilə öyünüblər.
Ənənəvi şou dünya modasının ən önəmli tədbirlərindən biri sayılır. Buraya hər il moda, şou-biznes, kinematoqraf, musiqi və biznes aləminin ən tanınan simaları qatılırlar. Tədbirin əsas təşkilatçılığını 1995-ci ildən bəri "Vogue" jurnalının baş redaktoru Anna Vintur öz üzərinə götürüb. Yeri gəlmişkən qeyd edək ki, Amerika prezidenti Donald Tramp həyat yoldaşı Melaniya Trampa 2004-cü ildə keçirilən Met Qala gecəsində evlilik təklif edib.
Beləliklə, ulduz qonaqların tədbir üçün seçdiyi ziyafət libaslarının fotolarını təqdim edirik.
Aytən
-
Qoroskop00:00Günün ULDUZ FALI - O sizə ən doğru yolu göstərəcək
-
Magazin122 Sentyabr 23:20Aktyor Rəşad Səfərov xəstəxanaya yerləşdirildi
-
Nida Xəbər 22 Sentyabr 23:00Özbəkistan Naxçıvana görə işçi qrup yaratdı
-
ABŞ22 Sentyabr 22:36Tramp-Zelenski görüşü başladı - VİDEO
-
İdman22 Sentyabr 21:50UFC çempionu qəzaya düşdü - “Mən axmağam!”
-
Magazin122 Sentyabr 21:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil22 Sentyabr 19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat22 Sentyabr 19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
























.jpg)










