Dəb
Fransız moda evindən romasayağı kolleksiya - FOTOLAR
Dünən axşam Parisdə, Böyük Sarayda “Chanel” fransız moda evinin növbəti gurultulu nümayişi keçirilib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dizayner Karl Lagerfeld 2018-ci ilin kruiz kolleksiyasını təqdim edib. Əfsanəvi dizaynerin yeni kolleksiyasının əsas mövzusu antik Roma tərzi olub. O, moda evinin ənənəvi üslubu ilə antik formalı kostyumları çox gözəl birləşdirib. Bununla belə maraqlı detallar və tendensiyaları barədə unutmayıb. K.Lagerfeld həmin dövrün insan bədəninin təbii gözəlliyini vurğulamağa çalışıb. Asimmetrik kəsimlər ehramları, həmçinin dekorlarla zəngin jaketlər və paltarlar Qədim Roma imperiyasının keçmiş əzəməti barədə xatırladıb. Bundan başqa dizayner bütün dəstlərini qladiator səndəlləri ilə tamamlayıb.
“Chanel”in kruiz kolleksiyaları dizaynerin digər mövsümi nümayişlərindən fərqlənir. Burada, Karl Kagerfeld yüngül parça, işıqlı rənglərə və zərif elementlərə diqqət yetirir. Sözsüz ki, məşhur moda evinin əsas bəzəyi - ənənəvi tvid parçalar olub.
Brendin rəhbərliyi kruiz kolleksiyalasını əvvəlcə Romada, nümayiş etmək istəyib. Lakin, Koreya və Yaponiya butiklərin açılması ilə əlaqədar olaraq bütün planları dəyişib və ənənəvi şou moda evinin doğa vətənində keçirilib. Qonaqlarını təəccübləndirməyi sevən dizayner Böyük Sarayı qədim antik məbədi xatırladan dekorasiya etdirib.
Aytən
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR





















.jpg)

.jpg)














.jpg)