Dəb
Gülnarə Xəlilova Avstriyada İslamiadaya həsr olunmuş milli kolleksiyasını təqdim etdi – - FOTO
Avstriyanın paytaxtı Vyananın “Hilton” hotelində Azərbaycanın tanınmış dizayneri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına həsr olunmuş yeni kolleksiyasının nümayişi olub.
Publika.az xəbər verir ki,dəfilədə “Miss Union-2017” beynəlxalq gözəllik müsabiqəsinin dünyanın müxtəlif ölkələrindən olan finalçıları iştirak ediblər. Yeni kolleksiyada Azərbaycan milli ornamentləri yer alıb, geyimlərin özləri isə müasir stilizasiyada yaradılıb.
G.Xəlilova bildirib: “Məlum olduğu kimi, 2015-ci ildə mənim milli geyim kolleksiyam Londonda Bakı Birinci Avropa Oyunlarının təqdimatı çərçivəsində təqdim edilib. Bu dəfə Bakıda İslamiada ərəfəsində kolleksiyamı Avropanın düz mərkəzində - Vyana şəhərində nümayiş etdirmək qərarına gəldim. Bu, milli dəyərlərimizin daha çox təbliğatına, habelə Avropa ictimaiyyətinin böyük hadisə olan İslamiadaya diqqətini cəlb etməyə istiqamətlənib. İslamiada təkcə idman, sülh və dostluq bayramı deyil, həm də gözəl ölkəmizi bütün dünyaya göstərməyin, çoxsaylı qonaqlarımızı qədim mədəniyyət və ənənələrimizlə tanış etməyin növbəti fürsətidir”.
Yeni kolleksiyanın nümayişi gecənin qonaqlarında böyük maraq yaradıb, onlar kolleksiyanı gur alqışlarla qarşılayıblar.
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR




















.jpg)

.jpg)














.jpg)