Dəb
Məşhur fransız moda evindən kişiləri məst edən QADIN GEYİMLƏRİ - FOTO
Paris Yüksək Moda Həftəsi çərçivəsində dünən “Christian Dior”un kolleksiyası nümayiş olunub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, moda evinin kreativ dizayneri Mariya Qrasiya Kyuri “Christian Dior in the World” adlı kolleksiyası ilə qonaqları təəccübləndirib. Sözügedən brendlə bir il əvvəl əməkdaşlığa başlasa da, o, öz işinin öhdəsindən layiqincə gəlir. Arxivləri öyrənən dəb ustası köhnə fasonları və detalları bacarıqla yeni kolleksiyasına əlavə edir.
Dizayner dünyaya səyahət adı verdiyi kolleksiyasında bir çox ölkələrin geyimlərinin elementlərini dəstlərində istifadə edib. Onun kutyur libaslarında Şimali və Cənubi Amerika, Yaponiya, Çin, Afrika, eləcə də Britaniyanın XIX əsr geyim elementlərini görmək olar. Saçaqlar ilə volanların. ingilis keypi ilə şlyapasının, hindu ilə slavyan xalqlarının folklor ornamentləri, o cümlədən yapon gül təsvirlərinin mürəkkəb miksinə baxmayaraq, kolleksiya boğuq rənglər və dəqiq siluetlər sayəsində rahat və harmonik görünür.
Sözsüz ki, klassika bu dəfə də məşhur “Christian Dior” moda evinin ifasında prioritet olub. Mariya Qrasiya Kyuri də moda evinin keçmiş dizayeri Raf Simons kimi klassik kostyumları sevir, amma o, kişisayağı fasonlara deyil, qadın incəliyinə daha çox meyl edir. Məhz buna görə də, onun kolleksiyaları çox incə və seksual alınır. Bol kəsimli şalvarlar əvəzinə siz gözəl, müxtəlif və darıxdırıcı olmayan yubkalar görəcəksiniz.
“Christian Dior” nümayişləri tanınmış sayına görə həmişə liderlik edir. Nümayişi izləməyə gələnlər arasında Anna Vintur, Kirsten Danst, Selin Dion, Bella Hadid, Kara Delevin və əlbəttə ki, brendin elçiləri Natali Portman, Cennifer Lourens və Robert Pattinson olub.
Aytən
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika28 Oktyabr 16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 28 Oktyabr 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 28 Oktyabr 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı





















.jpg)

.jpg)














