Mavi zolaqlı soroçka və bluzlar bu yay çox trenddir - FOTO
Bizi izləyin

Dəb

Mavi zolaqlı soroçka və bluzlar bu yay çox trenddir - FOTO

Kişi geyimlərinin qadın qarderobuna daxil olması çoxdan ənənə halını alıb. Xüsusən də mavi soroçkalar bu mövsüm modapərəstlərin qəlbini fəth edib.

Publika.az xəbər verir ki, mavi zolaqlı soroçkalar ilin əsas hitləri cərgəsində qərarlaşıb. Demək olar ki, bütün dizaynerlərin hər kolleksiyalarında bu tərz köynək və bluzlara rast gəlmək olar. Bu nəfis və yığcam print dəbdən heç vaxt düşmür. İlk baxışda elə görünə bilər ki, zolaq maraqsızdır, yalnız darıxdırıcı ofis obrazlar üçün münasibdir. Lakin belə deyil. Daim fərqlilik axtarışında olan moda ustaları qadınlar üçün zolaqlı köynəklərin tamamilə fərqli fasonları hazırlayıb. Qısası, mavi zolaqlı soroçkaların hər zamankı monotonluğundan əsər-əlamət qalmayıb. Mavi çalar isə daha zərif, incə, romantik və qadınsayağı tərzə bürünməyə imkan verəcək.

Mavi zolaqlı köynək necə kombinlənir?

Universal geyimlər kateqoriyasına daxil olduğu üçün onları müxtəlif tərzərlə kombinləmək olar. Lakin bir məqamı yadda saxlamaq şərtdir. Məsələ ondadır ki, psixoloq Piter Tompson apardığı araşdırma nəticəsində şaquli xətli geyimlərin qadınları üfüqi zolaqlı paltarlarla müqayisədə vizual olaraq daha kök göstərdiyini açıqlayıb. Odur ki, kök görünməkdən qorxursunuzsa, şaquli zolaqlı paltarları qarderobunuza daxil etməyin.

Mavi zolaqlı köynəyin altından rəngli büstqalterlər geyinməyin, ən risksiz variantı bej çalarlarıdır. Ayaqqabı və çanta seçimində isə daha sərbəst davranmaq olar. Ancaq trend detalın köynək olduğunu unutmayın. Digər elementlər köynəyi vurğulamağa “xidmət etməlidir”. Bu zaman daha tərz görünəcəksiniz.

Asimmetrik kəsim

Saroçka dedikdə əvvəllər yaxalıqlı, manjetli, düyməli, cibli geyim nəzərdə tutulurdu. Ancaq klassik köynəklərin dövrü sona çatıb. Qoyun onları kişilər geyinsin. Dəb aləmində qadınılara daha çox sərbəstlik bəxş edən dizaynerlər onların dekolteli variantları hazırlayıb. Kürəyi aşağı, düymələrinin yeri dəyişdirilmiş, yamaqlı, dekolteli, krujevalı və s. ağlınıza gələ biləcək hər cür şəkildə mavi zolaqlı köynək var.

Volanlı

Volan trendi artıq neçə ildir ki, bütün geyimlərdə rastımıza çıxır. Bu incə bəzək detalı kişi köynəyində həqiqətən də şahanə görünür.

İşləməli

Mavi və ağ parçanın üzərində işlənən rəngəbərng naxışlar köynəkləri zənginləşdirir.

Beldən bağlanan

Beldən bağlanan ikiyanlı köynəklər qadınları çox seksual göstərir. Bu fason belin incəliyini vurğulayaraq qum saatı effektini əldə etməyə imkan verir.

Klassik

Yuxarıda sadaladıqlarımız zövqünüzcə deyilsə, klassik modellərə yönəlin. Trend olmasa da, klassik mavi zolaqlı köynəklər hələ də çox populyardır və dəb Olimpi tərk etməyə hazırlaşmır. Mavi zolaqlı köynəklər müasir modapərəstlərin böyük diqqətinə layiqdir. Onlar çoxlarında yalnız işgüzar dəstlərlə assosiasiya oluna bilər, halbuki, bu təsiri küçə stilində məğlub etmək olar. O xüsusən yırtıq cins şalvar və ətəklərlə qüsursuz və tərzli görünür. Məsələn, mavi, ağ və ya qara cins + qırmızı pomada + qəhvəyi kəmər və dikdaban ayaqqabı.

Yayın son ayını yaşasaq da, mavi zolaqlı soroçkaların bir-birindən fərqli modellərini istənilən mağazadan tapamaq olar.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm