Dəb
Özünüzü cazibədar hiss etməyə hazırsınız? - Onda sentyabrın gəlməsini gözləməyin!
Özünüzü seksual hiss etməyə hazırsınız? Xəbəriniz olsun ki, bu payızın rəngi ehtiras və şəhvət rəzmi sayılan qırmızıdır. Bu rəngin ən parlaq çalarlarını istənilən vaxt və hara desən geyinmək olar.
Publika.az xəbər verir ki, dizaynerlər sözügedən rəngin dəbdəbəsini minimuma endirərək istənilən paltarın qırmızı versiyalarını təklif edib. Bu, don, sviter, cins şalvar, köynək, corab, çanta, smokinq, palto, hətta kepka və uzunboğaz çəkmə də ola bilər. Əgər əvvəllər al-qırmızı geyimi neytral çalarlarla əhatə etmək qəbul olunurdusa, indi bunun tam əksinin etmək dəbdədir. Bu payızın dəbi sizə başdan-ayağa qırmızı geyinməyə icazə verəcək. Rəng ahəngi çərçivəsində müxtəlif fakturaları, üslubları və müxtəlif çalarları birləşdirmək mümkündür.
Bu, çox gözəl görünür. Bakı payızının tutqun və boz günlərində küçələrdə onlarla qırmızı geyinən modapərəstlərin gəzdiyini xəyalınızda canlandırın, ruh sevinir, daxili estetika isə səbirsizlikdən alışıb yanır. Axı bu rəngin insanlarda həyəcan yaratmaq gücü var...

Yeni mövsümdə “Versace” moda evinin 1991-ci ildə buraxdığı kolleksiyası kimi qısa al-qırmızı çəkmələri eyni rəngli ətəklə geyinməyə icazə verilir. Stlistlər əmin edir ki, bu zaman şit görünməyəcəksiniz. Yaxud da istilik saçan qırmızı və rahat kəşmir paltoya bürünə bilərsiniz.
Bunun üçün sentyabrın gəlməsini gözləmək heç də vacib deyil, qırmızı dəstlər yaratmağa indidən adət etməyə başlayın. Qırmızının bir-birinə uyğun gələn çalarlarını seçmək çox maraqlıdır.
Biz sizin üçün ilham ala biləcəyiniz, həmçinin sonsuza qədər onları qarışdırmağa icazə verilən bir neçə dəst seçmişik. Odur ki, Vakitan kardinallarını təqlid edərək qırmızıya bürünməyə qorxmayım, onlar bu payız heç vaxt olmadığı qədər trend olacaq.
Aytən
-
Magazin121:24Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
























.jpg)











