Dəb
Bu payız modapərəstləri təbiət rəngləri ilə bəzəyəcək – FOTO
Alov rəngi birmənalı olaraq mövsümün bəyənilən çaları olacaq.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ən parlaq və optimist rəng sayılan narıncı payızın əsas trendi seçilib. “Pantone” rəng institutu təbii xəzan çalarlarının qarşıdan gələn fəsildə aktual olacağını proqnozlaşdırıb.
Narıncı 2017-ci ilin payız mövsümünün dəb palitrasının fonunda xüsusilə seçilir. Bir çox dizaynerlər payız-qış kolleksiyalarında narıncı rəngə geniş yer verib. Bu rəngi digər tonlarla qarışdırmamaq daha yaxşıdır, çünki özü-özlüyündə çox gözəldir. Ümumiyyətlə, parlaq narıncı mürəkkəbdir, onu başqa tonlarla birləşdirmək üçün incə estetik duyum lazım olacaq. Buna baxmayaraq, stilistlər alov sarısını başqa rənglə qarışdırmağın əleyhinə deyil.
Əlbəttə ki, payızın ən dəbdə olan və effektli birləşməsi mavi ilə narıncının vəhdətidir. Bir çox moda evləri kolleksiyalarında məhz bu iki rəngi birləşdirib. Başdan ayağa qədər narıncı rəngə bürünmək də trend sayılacaq. O istər paltolarda, istər yun jaketlərdə, istərsə də ayaqqabılarda eyni dərəcədə effektli görünür.
Əgər bu rəng sizin zövqünüzü oxşamırsa, çıxış yolu kimi bir cüt narıncı stiletto, lofer, krosovka və ya çanta almağı tövsiyə edirik.
Mübaliğəsiz deyə bilərik ki, bu payız narıncının yerköküdən, balqabaqdan tutmuş portağala qədər olan çoxsaylı çalarları aktual olacaq. Onu qara, ağ və krem rəngləri ilə birləşdirin, onda siz yüz faiz payızın ən dəbli xanımı statusunu qazanacaqsınız.
Aytən
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı



















.jpg)



.jpg)


.jpg)













