Dəb
37 yaşı tamam olan ulduzun UNUDULMAYAN ziyafət libasları - FOTO
Bu gün əslən özbəkistanlı olan rusiyalı aktrisa Ravşana Kurkovanın 37 yaşı tamam olur.
Ravşana Kurkova (qızlıq soyadı Matçanova) 1980-ci il avqustun 22-də Daşkənddə, aktyor ailəsində anadan olub. Onun atası Bəhram Matçanov "İlhom" teatrında aktyor, anası Rano Kubaeva isə kinoaktrisa və rejissor idi. Dayısı Rauf Kubaev rejissor və ssenarist olub.
Ravşana uşaqlıda balerina olmaq istəyirdi, lakin boyu balerina üçün hündür olduğundan, onu o zamanlar bütün Orta Asiyada ən nüfuzlu musiqi məktəblərindən biri olan, Daşkənddəki Uspenski adına musiqi məktəbinə qoyublar.
1992-ci ildə, 12 yaşında ikən "Özbəkfilm" kinostudiyasında istehsal olunmuş "Qıjıların sirri" filmində çəkilib.
Bir müddət sonra Ravşananın valideynləri ayrılır və o, anası ilə birlikdə Moskvaya köçüb. Burada o, musiqi məktəbinə daxil olaraq fortepiano və vokal dərsləri alıb. Sonralar London Universitetinin filialı olan liseyə daxil olub. Liseyi bitirdikdən sonra Rusiyada qalmaq qərarına gəlir və Moskva Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra qrimçi köməkçisi, rejissor köməkçisi və tok-şou redaktoru işləyib.
Sonralar özünü model kimi sınayan Ravşana Kurkovanı “Machete” klipində rol alan adi bir qız kimi tanıyırdılar. İndi isə o, zəmanəmizin ən çox tələb olunan model və aktrisalarından biridir. Və onun ali təhsilinin olmaması ona bu yolda uğur qazanmasına olmağa mane olmayıb.
Lakin ona gənclər arasında sevilən “Barvixa” teleserialı daha böyük şöhrət gətirib. R.Kurkova "Ölü qız", "Analar", "Məhəbbət haqqında", "Lazımsız adamlar adası", "Kənarda dayanıram" və s. film və seriallarda rol alıb.
Şəxsi həyatı
2004-ci ildən 2008-ci ilədək aktyor Artyom Tkaçenko ilə nikahda olub.
Dörd il aktrisa "Qlavkino" nun baş direktoru İlya Baçurina ilə
faktiki nikah münasibətlərinə daxil olub. 2016-ci ilin mayında isə
Kurkova münasibətlərin pozulması rəsmən elan edib.
2017-ci ilin avqustunda Kurkova özündən 11 yaş kiçik olan aktyor və
kaskadyor Stanislav Rumyançevlə evlənib. Cütlük 2016-ci ildə baş
rolda oynadıqları "Qara rus" tamaşası zamanı tanış olub.
Publika.az aktrisanın 37 yaşı tamam olması münasibətilə qırmızı xalçada ən çox diqqət çəkən ziyafət libaslarını xatırlayıb.
Bənzərsiz zahiri görkəmi və incə bədən quruluşu sayəsində Ravşana istər qısa ətəklə və şortlarda, istər cins şalvarlarda, istərsə də, uzun libaslarda ideal görünür.
Aytən
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
















.jpg)





.jpg)


.jpg)













