Dünyanın ən bahalı çantaları haqqında bilmədiyiniz 10 FAKT - FOTO
Bizi izləyin

Dəb

Dünyanın ən bahalı çantaları haqqında bilmədiyiniz 10 FAKT - FOTO

“Hermes” moda evinin məşhur “Birkin” çanta modelləri dünyada ən bahalı çantalar hesab olunur. Bu səbəbdən də sözügedən çantalara adətən varlı xanımlar və dünya ulduzları üstünlük verir.

Publika.az xəbər verir ki, may ayında Honkonqda keçirilən “Christies” hərracında “Hermes Himalay Birkin” modeli təxminən 380 000 dollara satılıb. Nadir timsah dərisindən hazırlanan çanta qızıl və 245 brilyantlarla bəzədilib. “Himalay” adı bu çantaya dəri rənginin Himalay dağlarında günəşin doğmasını xatrılatdığına görə verilib. Auksion evinin nümayəndələri onun bahalığını modelin istehsalının dayandırılması ilə izah edib.

Varlı xanımların sevdiyi çantalar haqqında maraqlı faktları təqdim edirik.

Birkin çantaların eskizi təyyarədə verilən gigiyena paketində təsvir edilib

Versiyalardan birinə görə, 1981-ci ildə “Hermes”in baş direktoru Jan-Lui Düma aktrisa Ceyn Birkinlə təyyarədə yanaşı oturub. Bu zaman kino ulduzu modelyerə şikayətlənib ki, arzuladığı həcmli dəri çantanı tapmaqda çətinlik çəkir. Onlar uçuş zamanı kağız tapmadıqları üçün eskizi birlikdə gigiyena paketinin üzərinə çəkməyə qərar verib.

Ceyn Birkinin sadəcə 5 “Hermes Birkin” çantası var

Aktrisa müsahibəsində bildirib ki, o, çantasını yalnız köhnəldiyi zaman yenisi ilə əvəz edir.

Hazırda dünyada təxminən 200 000 “Bikrin” çantaları satılır

Daha haqqında danışdığımız çantaların sifarişlərini qəbul etmirlər. Odur ki, alıcılar arzulanan aksessuarı əldə etmək üçün modellərin mağazalarda satışa çıxmasını gözləməyə məcbur olur.

Bir çantanın istehsalına 48 saat sərf olunur

Çanta təbii ki, əsl əl işidir.

Ən bahalı “Birkin” çantalarının ən ucuzu

Bir “Hermes Birkin” çantası təxminən 8500 dollardan (təxminən 4250 manat) başlayır.

“Birkin” çantaları qarderobun ən yaxşı sərmayəsidir

Araşdırmalar göstərib ki, nadir “Birkin” modelinin qiymətini ildən-ilə 14,2% artırlar.

Ən ağır çanta modeli

Boş “Birkin” çantasının çəkisi təxminən 900 qramdır. Ora telefon, pul, açarlar və gündəlik əlavə etsəniz, daha da ağır olacaq.

Onlar bütün dövrlərdə populyar olmayıb

Çanta ilk dəfə 1980-cı illərdə çıxsa da, o layiq olduğu şöhrəti doxsanıncı illərdə alıb. “Birkin” çantalarının ən sadiq pərəstişkarı Viktoriya Bekhemdir. Deyilənə görə, onun qarderobunda 100-dən çox bu çantadan var.

“Birkin” çantaları teksturanın və dərisinin rənginə əsaslanaraq öz adlarını alır

Məsələn, “Hermes 25 Birkin Togo” adı çantaya 25 santimetr uzunluğunda olan Togo dərisinə görə verilib.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm