• USD 1,7000 0,00% EUR 1,9423 -0,28%
    • GBP 2,2312 -0,03% RUB 0,0257 0,00%

Xəyanət edən ərindən seksual geyimi ilə intiqam alan əfsanəvi LEDİ - FOTO

  • Dəb
  • 23 Avqust 2017 12:15
  • 2 585 Baxış
Xəyanət edən ərindən seksual geyimi ilə intiqam alan əfsanəvi LEDİ - FOTO

Xəyanətə uğrayan qadınların intiqamları da müxtəlif və "rəngarəng" olur. Kimisi ərini məhkəməyə verib təzminat alır, kimisi xəyanət etdiyi qadını döyməyə üstünlük verir, kimisi ərini öldürmək üçün qatil tutur və s. Başqa bir qrupu isə daha soyuqqanlı davranaraq baxımına, geyimlərinə daha çox diqqət ayırmağa başlayır. Bununla da qüruru incidilən qadın itirən tərəfin özü yox, keçmiş həyat yoldaşı olduğunu bildirməyə çalışır. Məsələn, Ledi Diana kimi.

İngiltərənin sevimli şahzadəsi Diananın ölümündən uzun illər ötüb. Amma onun haqqında rəvayətlər hələ də dillərdə dolaşır.

Publika.az oxucuları Ledi Diananın dəb tarixinə "Ən güclü intiqam silahı" kimi düşən məşhur qara donu haqqında yayılan hekayə ilə tanış edib.

Hekayənin qəhrəmanı Şahzadə Çarlzın birinci həyat yoldaşı Dianadır. 11 illik uğursuz ailə həyatından sonra azadlığına qovuşan Ledi Diana 1994-cü ilin 29 iyununda “Vanity Fair” jurnalının ev sahibliyi etdiyi Londondakı Serpentin Qalereyasında keçirilən bir tədbirə qatılır.

Həmin ərəfədə ingilis şahzadəsi ilk dəfə televiziyalar vasitəsilə həyat yoldaşını aldatdığını etiraf edir. Bu açıqlama böyük səs-küyə səbəb olur. Belə ki, tanınmış ingiltərəli jurnalist Conatan Dimblebi Şahzadə Çarlza 1981-ci ildə ailə qurduğu Diana Spenserə izdivacları boyu sadiq qalıb qalmadığını soruşur. Şahzadə cavabında "Əlbəttə ki, sadiq idim” deyir.

Bu cavabdan razı qalmayan jurnalsit ikinci dəfə "Əminsinizmi?" , - deyə sual verir. Şahzadə Çarlz "Hə" cavabından sonra bir neçə saniyə susub danışmağa davam edib: "Münasibətimizi düzəldə bilməyəcəyimizi anlayana qədər sadiq idim”.

Xəyanətini etiraf edərkən Şahzadə Çarlz gözlənildiyi kimi peşman və məyus deyildi, əksinə, özündən əmin tonla Kamilla Parker-Boules ilə ailə qurmaq planları haqqında danışmağa başlamışdı.

"Milyon dollar kimi görünmək istəyirdi"

Krallığın əsiri olmaqdansa, uğursuz nikahı davam etdirməksə, hər zaman instinktləri ilə hərəkət etməyi üstün tutan Ledi Diana keçmiş ərinin bu etirafından sonra tədbirə dəvət olunur. Odur ki, Uels Şahzadəsi tədbirdə hamıdan gözəl görünməyə qərar verir.

Diananın stilisti, “Vogue” redaktoru Anna Harveyye o axşam ona qüsursuz görünməkdə yardım edir. Stilisti gecə üçün ona “Valentino” moda evindən məxməri qara ziyafət libası seçir. Məşhur dəb jurnalının redaktoru Anna Harvey həmin hadisəni belə xatırlayır:

“Milyon dollar kimi görünmək istəyirdi. Əvvəllər açıq və həddən artıq təmtəraqlı hesab etdiyi üçün 3 il qarderobunda asılı qalan donun onu həmin axşamın ulduzna çevirəcəyini hiss etmişdi. Vücudunu qüsursuz göstərən bu qara paltarla Diananın moda tarixinə imza atacağını təxmin etmirdik, amma o, bunu bilirdi”.

Səhəri gün dəb jurnalları Diananın bu libası keçmiş həyat yoldaşından qisas almaq üçün geyindiyini yazmışdı. “Ledi Diananın zərif və nəcib intiham silahı” kimi şərh olunan paltarı indiyədək moda tarixinin ən uğurlu obrazlarından biri olaraq qalır.

2013-cü ildə Uels Şahzadəsinin 10 paltarını hərraca çıxaran Kerri Teylor hesab edir ki, paltarın dizaynı çox seksualdır. Diana özünəmin qaməti sayəsində libasın əynində daha cəlbedici görünməsinə nail olub:

Qeyd edək ki, 1992-ci ildən Diana ilə Çarlz onlar ayrı evlərdə yaşamağa başlayıb. Çarlz açıq şəkildə Kamilla ilə görüşməyə başlamışdı. Diananın da boşanmamışdan əvvəl bir neçə sevgilisi var idi: reqbi oyunçusu Uil Karlinq və əsgər Ceyms Hevit.

P.S Ledi Diana Şahzadə Çarlzın açıqlamalarına səssiz qalır. Amma unutmaq olmaz ki, intiqam soyuq yeyilən yeməkdir. Onun intiqam aləti gözəlliyi və seçdiyi dəstləri olur. Və heç bir qadın heç bir paltarı səbəbsiz yerə alıb öz üzərində nümayiş etdirmir, onların hər birinin ayrı tarixçəsi var...

Aytən

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR