Dəb
Birinci xanımdan daha bir nümunəvi stil - FOTO
Amerikanın birinci xanımı Melaniya Tramp yenidən geyim tərzi ilə diqqət mərkəzində olub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Merilend ştatlatında xüsusi malikanədə dincələn ABŞ prezidetinin ailəsi dünən Vaşinqtona qayıdıb. Donald Trampın xanımı Melaniya Tramp, kiçik oğlu Berron, qızı İvanka Tramp, onun həyat yoldaşı Cared Kuşner və onların üç uşağı helikopterdən düşərkən lentə alınıb.
Tramp ailəsinin istirahətini yarımçıq qoyub qayıtmasının səbəbi canub ştatı Texasda baş verən qasırğa olub. Donald Tramp Texasa təbii fəlakətin vurduğu ziyanı qiymətləndirmək üçün Texasa yollanıb.
ABŞ-ın birinci xanımı Melaniya Tramp uçuş üçün seçdiyi çəhrayı dəsti ilə qərb jurnalistlərini təəccübləndirib. Çünki onu çox nadir hallarda çəhrayı dəstdə görmək olar. Maraqlıdır ki, rahatlıq naminə İvanka Tramp don və ətəklərdən imtina edib. O, müxbirlərin kameraları qarşısına ağ cins şalvar və adi ağ maykada çıxıb. Prezidentin qızı obrazını boyun ətrafına bağladığı trikotaj sviteri ilə tamamlayıb.
Əlbəttə ki, cənab prezidenti üzərində USA yazılmış beysbolkası ilə xüsusi diqqət cəlb edib. Maraqlıdır ki, Melaniya və Donald 11 yaşlı oğulları Berronu bu yaxınlarda geyimi ilə bağlı edilən tənqidlərdən sonra ona futbolka deyil, köynək geyinməsini tapşırıblar.
Yeri gəlmişkən onu da qeyd edək ki, Melaniya Tramp oğlunun geyim tərzi ilə bağlı tənqidlərdən sonra ilk dəfə ictimaiyyət qarşısına demokratik brend "J.Crew" in geyimində çıxıb.
Aytən
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
















.jpg)





.jpg)


.jpg)













