Dəb
Qaz ayağı payızın trend motivi olacaq - FOTO
Qaz ayağı naxışı bu payız öz mövqeyini nümayiş etdirəcək.
Qaz ayağı motivlərinin yaranmasının kökləri Şotlandiyanın XIX əsrinə söykənir. Belə motivləri əvvəlcə xüsusi qurama parça adlandırırdılar, amma sonradan qaz ayağı adlandırmağa başladılar. Əfsanəvi aktrisa Odri Hepberinin “Chanel” moda evinə aid olan qaz ayağı naxışlı pencək geyindiyi “Tiffanidə səhər yeməyi” filmi çıxandan sonra o daha da populyarlaşır. Sonradan qaz ayağı motivlərindən “Emporio Armani”, “Louis Vuitton”, “Salvatore Ferragamo” və “Marc Jacobs” kimi moda evləri də öz kolleksiyalarında istifadə etməyə başladılar.
Publika.az xəbər verir ki, ötən həftə aktrisa Viktoriya Kastis, Betsey Conson çıxışlarında qaz ayağı naxışlı paltarları ilə yadda qalıb. Demək olar ki, bütün dizaynerlər payız-qış mövsümlərində qaz ayağı motivlərinə xüsusi diqqət ayırıb.
Modapərəstlər isə onları həvəslə dəstəkləyib. Niyə də yox? Birincisi, məhz bu motiv qadın bədənini vizual olaraq daha qəşəng və cazibədar göstərir. İkincisi, bu naxış istənilən aksessuar və rənglərin fonunda əla görünür. Kütlədən çox seçilmək istəməyənlər qaz ayağı naxışı olan çanta və ya şərflə kifayətlənə bilər. Onu da qeyd edək ki, keçən illərlə müqayisədə bu il qaz ayağı naxışlarının daha xırda versiyaları dəbdədir.
Lakin onlar zövqlə seçiləndə daha gözəl görünür. Müdrik qadın bilir ki, qadın gözəlliyi üçün birinci şərt cəlbedici zahiri görkəm deyil, həm də nöqsanları ört-basdır etməyi bacarmaq və bu zaman məziyyətlərini vurğulayıb maksimum effektli görünmək vacibdir.
Qaz ayağı motivi monoxrom obrazlarla ideal uyğunlaşır, lakin parlaq aksessuarlar klassik dəstə orijinallıq verə bilər.
Aytən
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
















.jpg)





.jpg)


.jpg)













