Dəb
Dünyanın ən yaxşı geyinən BİRİNCİ LEDİLƏRİ - FOTOLAR
Amerikanın “Vanity Fair” dəb jurnalı ən yaxşı geyinən məşhurlarının siyahısını dərc edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın 47 yaşlı birinci xanımı Melaniya Trampın siyahıya düşməməsi əsl sensasiya olub. Amma onun sələfi, 53 yaşlı Mişel Obama və onun həyat yoldaşı, sabiq amerika prezidenti Barak Obama siyahıya daxil edilib.
Bu şərəfli siyahıda digər siyasi xadimlər arasında Fransa prezidenti Emmanuel Makron və onun xanımı Bricit Makron, eləcə də Niderland kralı Villem-Aleksandr və onun xanımı, kraliça-konsort Maksim olub.
Milyaderlərin xanımlarından Daşa Jukova, müğənnilərdən Rihanna, aktrisalardan Keyt Blanşet, Şarlotta Qensbur, Solanj Noulz, kişilərdən Rocer Federer, Lebron Ceyms, Harri Stayls və bir çox başqaları dünyanın ən dəbliləri seçilib.
Demək olar ki, bütün dünya mətbuatının stil ikonası kimi təqdim etdiyi Melaniya Tramp siyahıya daxil olmayıb. Hər çıxışı ilə modapərəstləri riqqətə gətirən və tənqidçilər tərəfindən yüksək qiymətləndirilən birinci xanımın siyahıya əlavə edilməməsinin səbəbləri müəmmalı qalıb.
Geyiminə görə tənqid ona yalnız bir dəfə qismət olub. Belə ki, ABŞ-ın birinci xanımı daşqın zonasına uçuş zamanı 12 sm-lik hündürdaban ayaqqabı seçmək qərarına gəlib.
63 yaşlı Bricit Makron isə çox qısa ətəklər və donlar geyindiyi üçün tez-tez tənqidə məruz qalır.
Aytən
-
Elm və təhsil19:36BDU-da dərslərlə bağlı belə qərar verildi
-
Nəqliyyat19:12Addım-addım təzələnən Xocavənddən görüntülər - VİDEO
-
Nida Xəbər 18:12“Birliyin Gücü - 2026”nın açılışı oldu - FOTO/VİDEO
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
























.jpg)











