Dəb
Birinci xanımdan qüsursuz tərz nümayişi – FOTO
ABŞ-ın birinci xanımı növbəti çıxışında qüsursuz stil nümayiş etdirib.
Publika.az xəbər verir ki, M.Tramp birinci xanım olduqdan sonra əsasən İtaliyanın “Dolce & Gabbana” və “Gucci” moda evlərindən geyinməyə üstünlük verirdi. Ağ evdə məskunlaşdıqdan sonra isə o, mühafizəkar və lüks brend “Ralph Lauren"dən geyinməyə başladı.
Prezidentin şəhərkənarı iqamətgahından Ağ Evə qayıdan Melaniya çıxışı üçün Raf Simonsun sonuncu kolleksiyasından qırmızı kovboy köynəyi seçib.
ABŞ-ın birinci xanımı qalmaqallı dikdabanlarını bej rəngli baletkalara dəyişib. O, obrazını “J.Brand” demokratik brenddən olan cins şalvar və “Hermes”in məşhur “Birkin” çanta modeli ilə tamamlayıb.
Məlumat üçün bildirək ki, “Calvin Klein” moda evinin yeni dizayneri Raf Simons keçən həftə Nyu-York moda həftəsində təqdim etdiyi kolleksiya ilə debüt edib. O, kolleksiyanı Amerikaya həsr edib. Odur ki, kolleksiyada kovboy tərzinin və cins parçaların çoxluq təşkil etməsi, o cümlədən bu jestin Melaniyanın diqqətindən kənar qalmaması təəccüblü deyil.
Aytən
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













