Dəb
Amerikanın tanınmış dizayneri möhtəşəm kolleksiyasını təqdim etdi - FOTO
Dünən “Carolina Herrera” moda evinin yaz-yay kolleksiyası təqdim olunub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, həmişə təmkinli və zərif dizayner Karolina Errera bu mövsüm bir qədər seksuallığa meyl edib. Onun 2018-ci ilin yaz-yay kolleksiyası göy qurşağının bütün rənglərindən ibarətdir, üstəlik bu rənglər bir-biri ilə yaxşı yola gedir. Hətta ayaqqabılar rəngbərəng təqdim olunub. Yeri gəlmişkən qeyd edək ki, onlar Manolo Blaniklə birlikdə hazırlanıb.
O, öz kolleksiyalarını digərlərindən fərqləndirməyi bacarır, alıcılarını isə parlaq və zərif obrazlarla sevindirməyə çalışır. Bu kolleksiya ilk növbədə parlaq rəng və cəlbedici parçalarla modapərəstləri sevindirəcək. Burada dizayner qeyri-standart örtük və detallar üzərində işləyib.
Nümayişi dizaynerin vizit kartına çevrilmiş qolu qabarıq ağ köynək və yarıqlı qələm ətək geyinmiş model açıq elan edib. Daha sonra podiumda önü düymə ilə bağlanan cins donlar, həmçinin şifon ziyafət libasları təqdim olunub.

Errera cəsarətini məmnuniyyətlə belə izah edib: "Mən çiyinləri enli göstərdim, belin incəliyini vurğuladım və rahat hərəkət etmək üçün yubkalarda qadınlara azadlıq verdim”.
Aytən
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı












.jpg)









.jpg)


.jpg)













