Dəb
İtaliyanın məşhur dizayneri modapərəstləri BELƏ TƏƏCCÜBLƏNDİRDİ - FOTO
“Gucci” moda evi ənənəsinə sadiq qalaraq Milan Moda Həftəsini açıq elan edib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən brendin yeni 2018 yaz-yay kolleksiyası nümayiş olunub. Markanın kreativ dizayneri Alessandro Mikele bizə gələn il " dini geyimlərə biganə qalmamağı təklif edir. Alessandro Mikele həmçinin peşəkar stilistdir və dəfiləsində bizim üçün adət edilməmiş detalların, fasonların və rəng ahənginin uyğunluğunu ustalıqla göstərib!
Mavi neonla işıqlanan podium Tibr çayını simvolizə edib. Yeni kolleksiyasında qədim bütpərəstlik və sitayiş mövzusuna müraciət edən dizayner onların artibutlarından ilham alıb. Aksessuarların çoxu həmayıllar (amulet) və buynuzlar əvəz edib. Döşəməyə qədər uzanan kapuşonlu libaslar geyinən modellər isə kahinləri xatırladıb.
Eyni zamanda kolleksiyada 70-ci illərin dəbi hiss olunub. Ehtimal ki, dizayner Şer və Elton Con üçün səhnə kostyumları hazırlayan Bob Makinin arxivlərini öyrənib. Ümumiyyətlə Elton Con kolleksiyanın baş qəhrəmanı olub: parlaq bodi, parıldayanlar kombinezonlar və strazlarla bəzədilmiş eynəklər demək olar ki, eynilə müğənninin səhnə obrazlarını yada salıb.
Üstəlik indi birdən (evdən iki sevimli çantayla çıxmaq olar. Müxtəlif dövlərin üslublarını birləşdirən dizaynerin kolleksiyası əvvəlki kimi rəngbərəngdir. Yeri gəlmişkən, Elton Conun albomunun üzü çantalardan birində əks olunub.
Aytən
-
Sosial00:00Leyla Əliyeva pianoda bu mahnını ifa etdi - VİDEO
-
İKT30 İyun 23:24"TikTok" 3,5 milyon cərimələndi
-
Magazin130 İyun 22:00Xanımı İbrahim Borçalıdan üzr istədi
-
Sosial30 İyun 21:51Azərbaycanda uşaq qidasının tərkibində toksinlər aşkarlandı - Tonlarla məhsul geri qaytarıldı
-
Sosial30 İyun 21:24Paytaxtın iki rayonunun bir sıra əraziləri qazsız qalacaq
-
Magazin130 İyun 20:36Hadise və Gülşen onu məhkəməyə verir
-
İdman30 İyun 20:12Messi "Hörümçək Adam"la birlikdə uçdu - VİDEO
-
İdman30 İyun 19:12“Qarabağ” 1 milyona onu transfer edəcək - FOTO









.jpg)

.jpg)

























