Dəb
Mövsümün itiburunlu çəkmə trendi - FOTO
Dəbli payız obrazı yaratmaq istəyirsinizsə, xırdaçılığa varmağa ehtiyac yoxdur. Biz modapərəst xanımlara ayaqqabı ilə başlamağı tövsiyə edirik. Dizaynerlər həmişə olduğu kimi bu mövsüm də geniş çeşidlər təklif edib: dəri, laklı, məxmər, zamşa, trikotaj və s. materiallardan hazırlanan ayaqqabılar.
Publika.az xəbər verir ki, burnu dabalarından uzun və iti olan çəkmələr payızın əsas trendi zirvəsinə yüksələ bilib. Çəkmələrin dəri və zamşadan yox, trikotaj parçadan tikilən modelləri xüsusilə aktualdır. Silueti, materialı və rəngindən asılı olmayaraq onlar dəstə zənginlik əlavə edəcək.
Əgər effekti gücləndirmək istəyirsinizsə, qırmızı versiyalarına yönəlin, sizi əmin edirik ki, bütün yoldan keçənlər başını çevirib sizə baxacaq. Və narahat olmağa ehtiyac yoxdur. Məsələ ondadır ki, qırmızı ayaqqabılar əvvəllər bayram və ziyafət rəngi hesab olunurdusa, artıq bu qayda öz əhəmiyyətini itirib. Odur ki, əziz moda həvəskarları, klassik çəkmələrdən imtina etmək sizin üçün çətin olmayacaq. Parlaq çəkmələri diqqətdən kənar qoymayın!
Belə gözəl alçaq dabanlı, itiburunlu və qısaboğaz çəkmələr mövsümün universal aksessuar statusunu qazanıb. Onlar həm cins, həm də klassik şalvarlarla, istəbilən uzunluqda olan ətək və donlarla, həmçinin palto və bomber kurtkalarla əla görünür.
Aytən
-
Nida Xəbər 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov
-
Rəsmi xronika16:35İlham Əliyev fərman imzaladı
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı






















.jpg)



.jpg)












