SSRİ-nin Koko Şanellə rəfiqəlik edən DƏB İLAHƏSİ – FOTOLAR
Bizi izləyin

Dəb

SSRİ-nin Koko Şanellə rəfiqəlik edən DƏB İLAHƏSİ – FOTOLAR

Dünya şöhrətli balerina Maya Plisetskaya SSRİ-də yeganə qadındır ki, əfsanəvi modelyer Koko Şanellə rəfiqəlik edib. Balerina bənzərsiz zövq duyumuna malik olub.

Publika.az bu yazıda oxucuları Maya Plisetskayanın stil sirləri ilə tanış edib.

Mayya Plisetskaya məşhur kuturyelərin sevimlisi, gözəl qadın, ən əsası təkrarolunmaz balerina idi. O, yeganə qadındır ki, uzun müddət Sovet İttifaqının hüdudlarından kənara çıxmaq imkanı olmasa da, elə geyinirdi ki, sanki bütün paltarlarnı Parisdən alıb. Elə buna görə də həmin dövrün ən layiqli stil ikonası hesab olunur.

O, xarici görünüşünə böyük diqqət yetirirdir, hətta yeni paltarlar almağa pul olmayanda həmişə mükəmməl görünməyə nail olurdu. Odur ki, bu xanımdan öyrənməli çox şey var.

Mayya geyim haqqında fikrini belə ifadə edirdi:

"Xarici görünüş obrazı tamamlayır. Necə deyərlər insanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar. Yalnız geyimin sayəsində bizdə şəxsiyyət haqqında ilk baxışdan müəyyən fikirlər formalaşır. Çünki bizim bütün individualığımız onda əks olunur”.

O, gözəl bilirdi ki, şəxsiyyətlərarası münasibətlərdə geyimin rolu danılmazdır. Buna görə öz qarderobuna çox ciddi yanaşırdı. Bir halda ki, xarici məhsulları almaq mümkün deyildi, Maya çıxış yolunu alverçi Klaraya və dərzilərə sifariş verməkdə görürdü.

Təbii ki, Klara paltarları, alt geyimlərini və çantaları çox baha satırdı. Plisetskaya isə çəkinmədən soyuq əyalət klublarında çıxış edirdi ki, bu geyimləri ala bilsin. O, kürk və digər üst geyimlərini də çox vaxt teatr dərzilərinə tikdirirdi. Bir dəfə balerinanın ən çox bəyəndiyi boz şubası korlandığı üçün dərzilər onun bəzi hissələrini palto parçası ilə əvəzləmişdi. Və həmin materialı papağına da tikmişdilər. Nəticədə bu tərz bütün modapərəstlərin o qədər xoşuna gəlmişdi ki, onlar da dərzilərinə eynisini tikdirmişdi.

60-cı illərdə "Karmen" baletini oynayan görkəmli balerina Böyük teatrın səhnəsində çox qısa paltarda çıxmışdı. O vaxtkı mədəniyyət naziri Yekaterina Furçeva hadisəni belə şərh etmişdi: "Başdan-başa erotika... Bu, bizə yad yoldur! Mayyaya təcili yubka geyindirin!”

Bir dəfə isə karakül (qoyun növü) dərisindən uzun şuba geyinən Maya küçə ilə gedərkən yoldan keçən bir qadın yaxınlaşıb "Aman Allah, günahkar qadın" deyərək ona dayanmadan lənət yağdırmışdı. Bütün dövrlərdə qadınlar ona gözəlliyini bağışlaya bilmirdilər. Bununla belə Mayya Rusiyada dəb istiqamətlərinin formalaşmasına bu və ya digər dərəcədə təsir göstərirdi.

Maya Plisetkaya çoxdan gözlənilən qastrol səfərlərinə çıxmağa başlayanda o, bir çox dünya dizaynerləri ilə tanış olur. Balerinanın 1971-ci ildə tanış olduğu dizayner Pyerlə Karden isə ilk görüşdən ona heyran olmuşdu. Pyer Karden əfsanəvi balerinanı öz ilham pərisi hesab edirdi. Dizayner Maya ilə 35 illik dostluq münasibətləri ərzində sevimli balerinası üçün həm də səhnə kostyumları, həm də gündəlik dəstlər yaradıb. Ən marqlısı odur ki, bu illər ərzində Karden bir dəfə də olsun Mayadan geyimlər üçün pul almayıb.

Yeri gəlmişkən, SSRİ dövründə tamaşaçılar rəqqasənin platarlarını kimin tikdiyindən heç xəbərləri də yox idi. Axı mədəniyyət naziri afişalarda xarici dizaynerlərin adını yazmağı qəti şəkildə qadağa qoymuşdu. Artıq SSRİ dağıldıqdan sonra balerina böyük kuturyeyə təşəkkür əlaməti olaraq onun üçün 1998-ci ildə Kremldə möhtəşəm "Dəb və rəqs" şousu təşkil etmişdi.

İstedadlı rəqqasənin üslubu İv Sen-Loran, Roy Halston və Jan Pol Qotye kimi dizaynerləri də vəcdə gətirib. Plisetskaya onlara məmnuniyytlə pozalar verirdi. Bundan başqa o, ilk sovet artistidir ki, “Vogue” jurnalına çəkilib.

80-cu ilillərdə xarici ölkələrə qastrol səfərləri çərçivəsində Maya Plisetskaya fransız kuturye Koko Şanellə də tanış olmaq imkanı qazanıb. Rəqqasənin qonaq gəldiyindən xəbər tutan Koko onun üçün xüsusi moda nümayişi təşkil etmiş, hətta Mayanın podiuma çıxaraq geyimləri öz əynində nümayiş etdirməyi təklif etmişdi.

Balerina səhnəni tərk etdikdən sonra da dəbqanunvericisi olmağa davam edirdi. O, şıq və incə görünməyi gözəl bacarırdı. Və bu, onun bütün 89 illik həyat ərzində belə olub.

Maya Plisetskaya siyasi rejimin və maliyyə vəziyyətindən asılı olmayaraq, qadının istənilən vəziyyətdə heyrətamiz göründüyünü göstərə bilən əsl nümunədir.

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm