Dəb
Mövsüm trendi: Yun və geniş vodolazkalar - FOTO
Vodolazkaların yumşaq, isti və yun olması bu payız sviter seçimində əsas meyarlardır. Rahat və şıq görüntü yaratmaq üçün onları istər uzun və qısa yubkarlarla, istər klassik, istərsə də cins şalvarlarla geyinə bilərsiniz.
Publika.az xəbər verir ki, bu il sviterlərin istənilən rəngləri aktualdır, hətta açıq bahar tonları da diqqətdən kənar qalmayıb. Ağ, qara, qırmızı və qəhvəyi istənilən qarderoba uyğun gələn ən universal variantlarıdır.
Bu gün kifayət qədər həcmli sviterlər dəbdədir, ona görə də ehtiyatlı olun: Bir-iki ölçü böyük vodolazkaların boyu bir neçə santimetr balaca göstərmək riski var. Odur ki, qısa görünməmək üçün köynəyi şalvarın və yubkanın içinə salın, yaxud belinizi kəmərin köməyi ilə vurğulayın.
Qalın yun vodolazkaların ilk görüntüsünü itirməmək üçün xüsusi qulluq göstərmək lazım gələcək, təmizləmə və yuma zamanı ehtiyatlı davranın. Əllə və ilıq suda yuyun, əks halda formasını itirə və genələ bilər. Əslində onu da demək lazımdır ki, əgər üstünə ləkə salmamısınızsa və siqaret çəkmirsinizsə, yun geyimləri ildə maksimum bir-iki dəfə yumağa ehtiyac var. Sviter və vodolozkaları necə gəldi atmayın, səliqəli qatlayın.
Aytən
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video



























.jpg)













