Dəb
Prezident qızının rəngbərəng geyimləri BƏYƏNİLMƏDİ - FOTO
Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində İvanka Tramp rəngbərəng geyimləri ilə diqqət çəksə də, bəyənilməyib.
Publika.az xəbər verir ki, ABŞ-ın birinci xanımı Melaniya Tramp Ağ Evdə Milad Bayramı üçün hazırlıq görür, onun ögey qızı İvanka Tramp isə dövlət işləri ilə məşğul olur. Belə ki, ABŞ prezidentinin 36 yaşlı qızı və onun ən yaxın köməkçisi Hindistanda keçirilən Sahibkarlıq Sammitində Amerika nümayəndə heyətinə başçılıq edib.
Hindistanın baş naziri Narenda Modi 2017-ci ilin iyununda ABŞ-da olarkən İvankanı ölkəyə şəxsən özü çağırıb. Bu dəvət təsadüfi deyil, çünki İvanka atasının sağ əlidir. Sammitdə o, iqtisadi məsələlər üzrə çıxış edib.
Lakin sammit İvankanın təkcə nitqi ilə deyil, göz oxşayan geyimləri ilə də yadda qalıb. Prezident qızı Hindistana onların milli geyimləri tərzində, bir-birindən parlaq dəstlər aparıb.
Birinci gün o, “Tory Burch”dan tikməli jaket, daha sonra isə Türkiyənin məşhur brendi “Erdem”dən qiyməti 3500 dollar olan yaşıl paltar geyinib. Onun şərəfinə təşkil olunmuş axşam yeməyi üçün İvanka yenidən “Tory Burch” markasından olan qızılı, güllü naxışlı göy rəngli paltar seçib.
Sammitin ikinci günü prezident qızı hind əsilli britaniyalı dizayneri Saloni Lodhadan qırmızı güllü don geyinib.
İvanka hər bir obrazın xırdalıqlarını düşünülüb, lakin onun seçimlərini Amerikanın dəb tənqidçiləri bəyənməyib. Birincisi, bir çoxunun xoşuna gəlməyib ki, İvanka rəsmi turnesi çərçivəsində yalnız bir dəfə hind dizaynerin paltarını geyinib. Halbuki, yerli dizaynerlərdən geyinmək ölkənin ənənələrinə ehtiram əlaməti hesab olunur. İkincisi, İvankanın bəzi paltarları sadəcə zövqsüz hesab edilib. Xüsusilə türk geyim makrası “Erdem”dən seçdiyi yaşıl libasın ona yaraşmadığını iddia edənlər çox olub.
Aytən
-
Dünya16:06Zelenski və Makron tənqid edildi: Müharibə və ölüm mövzusuna gülüblər
-
Magazin214:36Emin Ağalarovun həyat yoldaşı 23 milyonluq “zireh” geyindi - FOTO
-
Rəsmi xronika12:48Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir - İlham Əliyev
-
Dünya12:34Türkiyənin Söke qərarına Yunanıstandan cavab: Böyük Dərbəndə ordu yeridildi
-
MDB11:50Kopırkin bacarmadı – Rusiya Ermənistana göndərməyə səfir axtarır
-
Dünya11:04Türkiyədə məktəbə silahlı hücum: 1 şagird ölüb, 8 nəfər yaralanıb - YENİLƏNDİ
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu: Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video



























.jpg)













