Dəb
Şahzadənin nişanlısı dəb reytinqində eltisini KÖLGƏDƏ QOYDU - FOTO
Böyük Britaniya şahzadəsi Harrinin nişanlısı və aktrisa Meqan Markl “Lyst” şirkətinin analitikləri tərəfindən tərtib olunmuş dəb reytinqində eltisi - Kembric hersoginyası Keyt Middltonu geridə qoyub.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dəb qanunvericiləri və üslub avtoritetləri siyahısında Keyt Middlton 5-ci yeri, şahzadə Harrinin nişanlısı Meqan Marklsa dördüncü pilləyə yüksəlib. Bella Hadid üçüncü, Selena Qomes ikinci yerdə qərarlaşıb, Rihanna isə siyahıya başçılıq edib.
“Lyst”in ekspertləri Meqanın 4-cü olmasını belə izah edib:
“Meqan bu il xüsusi monarx üslubu nümayiş etdirib, o cümlədən geyim seçimində “Hunter”, “Burberry” və “Barbour” kimi yerli brendlərə müraciət edib. Bundan başqa şahzadənin gələcək nişanlısı az məşhur olan markalardan da kifayət qədər maraqlı geyimlər əldə edə bilib”.
Onların fikrincə, hersoginyanın stili yenə də çox populyardır, özü də “Erdem”, “L.K Bennet”, “Roland Mouret”, “Dolce & Gabbana” kimi brendlərin geyimləri ətrafda xüsusi ajiotaj yaradır və həmin dəstlər çox yaxşı satılır. Yeri gəlmişkən, oxşar hadisə indi də Meqan Marklla baş verir.
Xatırlamaq lazımdır ki, şahzadə Harri ilə rəsmi nişanlanma mərasimindən sonra Meqan Marklın ilk çıxışı üçün geyindiyi ağ palto dəb jurnallarının səhifələrini bəzəmişdi.
İki elti arasında rəqabət daha da güclənir, lakin belə görünür ki, bu, onları çox da narahat etmir. Kral ailəsinə yaxın mənbələrin sözlərinə görə gəlinlər bir-biri ilə yaxşı yola gedirlər və milad tətilini birlikdə keçirməyə hazırlaşırlar.
Aytən
-
İdman19:36Bu ölkənin prezidenti Formula 1-də fotoqraf kimi çalışır
-
Ekologiya19:24Bu ərazilərdə temperatur 3-4 dərəcə enəcək
-
Sosial18:00"Azərişıq"da kadr dəyişikliyi
-
Magazin117:24Boşanma xəbərlərindən sonra ilk dəfə bir araya gəldilər - FOTO
-
İKT16:36Ən təhlükəli brauzerlərin adı açıqlandı
-
ABŞ15:25Zelenski gələn həftə Trampla görüşəcək
-
Yaxın Şərq15:18İki həftəlik müharibə ABŞ ordusuna nə qədər ziyan vurdu? - İran 20 milyard deyir
-
Avropa13:16Xəbərdarlıq: Güclü leysan yağışları, ildırım, dolu və saatda 90 kilometrə çatan külək...










.jpg)


























