Dəb
Futbolçunun ulduz xanımı qapalı geyimi ilə rəğbət topladı - FOTO
Məşhur modelyer Viktoriya Bekhem qapalı və dəbli geyimi ilə yenidən modapərəstlərin rəğbətini qazanıb.
Publika.az xəbər verir ki, bir neçə gündür Parisdə kişi dəb həftəsi başlayıb. Sözsüz ki, 42 yaşlı Viki ilə həyat yoldaşı Devid Bekhem dəb marafonunu qaçıra bilməzdi. Cütlük dəb nümayişlərini izləmək üçün dünən Fransaya gəlib. Ulduzların vağzala gəlişi də dəfilənin bir hissəsi kimi görünüb. Məsələ ondadır ki, hər iki ulduz başdan ayağa qüsursuz dəstləriylə diqqət çəkib.
Futbolçu bütün geyimlərini dünyanın ən lüks markası olan “Louis Vuitton”dan seçib.
Viktoriya isə Parisdə şəxsi markasının əsərlərini nümayiş etdirmək qərarına gəlib. Biz Vikinin obrazlarını iri və lakonik aksessuarlarla birləşdirməsini sevirik. Çünki o, yaxşı bilir ki, belə detallar onun stilini daha güclü edir. Minimalizm üslubuna sadiq qalan və bədəninin heç bir yerini göstərməyən xanım Bekhem uzun, güllü paltarını giləmeyvə çalarlı tünd qırmızı dəri ayaqqabı, çanta və trikotaj vodolozka ilə tamamlayıb. Modelyer hər zamankı kimi karemalara gülümsəməsə də, xırdalıqlarına qədər düşünülmüş obrazda olduqca güclü təsir bağışlaya bilib.
Aytən
-
Nida Xəbər 15:50Ramiz Mehdiyevin kürəkəninin milyonluq qarajı - FOTOLAR
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın













.jpg)









.jpg)





.jpg)









