Dəb
Birinci xanım xırdalıqlarına qədər düşünülmüş obrazı ilə yenə FƏRQLƏNDİ – FOTO
Amerikanın birinci xanımı Melaniya Tramp qüsursuz obraz nümayiş etdirib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, Donald və Melaniya dünən Kentukki və Ohayo ştatlarının sərhədi Sinsinnatiyə uçublar. Hava limanına gəldikdən sonra prezident və həyat yoldaşı ayrılıb. Prezident məmurlarla iqtisadi məsələləri müzakirə edib, birinci xanımı isə uşaq xəstəxanasına yollanıb.
Hər bir obrazı heyranlıq doğuran Melaniya Trampın budəfəki çıxışı da xırdalıqlarına qədər düşünülüb. ABŞ-ın birinci xanımı səfər üçün sarı və qəhvəyi rəngli dəst seçib. Trikotaj vodolozka və palto eyni rəng tonlarında olub, onun dəri yubkası ilə “Hermes” çantası və əlcəklərinin rəngi də bir-birinə çox uyğun seçilib. Obrazın tamamlayıcısı kimi birinci ledi dəyişməz hündürdaban ayaqqabı üzərində qərar verib, amma bu dəfə üzərində bəbir təsvirləri olan versiyasını.

Yeri gəlmişkən, məşhur cütlüyün bu çıxışı da qalmaqalsız ötüşməyib. Amerika prezidenti xanımının əlindən tutub kameralar qarşısında səmimilik nümayiş etdirməyə çalışsa da, Melaniya heç nəyə məhəl qoymayıb və ərinin əlindən tutmaqdan imtina edib.

Bir neçə gün əvvəlsə Melaniya Tramp prezidentlə birlikdə Amerika üçün çox əlamətdar olan “Superboul” idman yarışlarının açılışında içtirak edib. O, Beynəlxalq Qolf Klubunda keçirilən açılışa “Amiri” moda evindən üçrəngli bomber-kurtka, “J Brand”dan ağappaq cins şalvar və “Christian Louboutin” ayaqqabı markasından sevimli dikdabanlarda gəlib.

Aytən
-
Sosial18:24"Sovetski"də ev qanunsuz sökülüb? - Rəsmi AÇIQLAMA
-
İqtisadi gündəm18:12Dövlət Agentliyi yerli ərzaqlıq buğda ilə bağlı MƏLUMAT YAYDI
-
Region17:45İcbari tibbi sığortanın tətbiqindən sonra Ermənistanda həkimlər bu qədər maaş alır
-
Elm və təhsil16:49İyunun 21-də keçirilən imtahanın nəticələri açıqlandı
-
Rəsmi xronika16:23Prezident fərman imzaladı
-
Nida Xəbər 15:10Əli Əsədov qərar imzaladı
-
Dünya14:47İran nəşrindən Trampla bağlı qalmaqallı mesaj: Qisas qaçılmazdır - FOTO
-
Sosial14:09Bu şəxslərə 3 il müddətində hər ay müavinət ödəniləcək









.jpg)

.jpg)













.jpg)

.jpg)









