Dəb
Monika Belluççi qırmızı libasda və yeni saç düzümündə - FOTO
Heyrətamiz Monika Belluççi qırmızı geyimi ilə diqqət çəkib.
Publika.az xarici mətbuata istinadən xəbər verir ki, dünən Fransada “Lumieres Award” kino mükafatlarının təqdimetmə mərasimi baş tutub. Tədbirdə kino və şou sahəsinin bir çox tanınmış simaları qatılıb, ancaq hamısından çox əfsanəvi Monika Belluççi parlayıb.
Fransa kinematoqrafiyasının nümayəndələri ilə çoxdan səmimi münasibətləri olan 53 yaşlı italyan aktrisası sevimli qara rəngini qırmızıya dəyişib. Kino ulduzu gecə üçün bədən quruluşunu vurğulayan qırmızı libasa üstünlük verib. O, dizə qədər yarığı olan bu paltarda və yeni saç düzümü ilə sözün əsl mənasında başgicəlləndirici görünüb.
Qırmızı xalçaya 84 yaşlı aktyor Jan Pol Belmondo ilə çıxan aktrisa dostluq etdiyi həmkranın yanağından öpüb.
Maraqlıdır ki, gündən-günə gözəlləşən ulduz nə idman edir, nə də ki, pəhriz saxlayır. O, həyat qaydalarını belə izah edib: “Səhər tezdən durub idman edənlərdən deyiləm. Pasta, tort dilimi, şərab və siqareti çox sevirəm. Hər kəsə məsləhət görürəm ki, yaxşı yeyin və için. Sekslə məşğul olun və çoxlu gülün”.
-
Nida Xəbər 15:05Ramiz Mehdiyev AMEA-dan çıxarıldı
-
Avropa14:23İspaniyada dəhşətli qatar qəzası: Ən azı 46 nəfər ölüb - VİDEO
-
Sosial13:44Bu yolun bir hissəsində hərəkət məhdudlaşdırıldı
-
Qoroskop12:20Noyabrda bu 4 bürcün bəxti açılacaq: Bolluq və şans onları gözləyir
-
Rəsmi xronika10:28İlham Əliyev onlara müraciət ünvanladı
-
Avropa10:18Ya ac qalmalısan, ya da donmalısan: 50 milyon insan hansını seçəcək?
-
Dünya09:30ABŞ-dan Körfəz ölkələrinə xəbərdarlıq: İranla ağır müharibə yenidən başlayacaq, hazırlaşın
-
Səhiyyə09:00Diş minasını ən çox bu içkilər zədələyir - Stomatoloq açıqladı


















.jpg)






.jpg)














